• 27.01.2024 11:10

Roza “od püskürdü”: “Sağlığında Aygün Bəylərə bir dənə də…” – VİDEO

Roza “od püskürdü”: “Sağlığında Aygün Bəylərə bir dənə də…” – VİDEO

“Çox insan Aygün Bəylərin yanında, çətin anında olduğunu söylədi. Aygün Bəylər 6 ay yataqda olanda bəs siz harada idiniz? Aygünün dünyaya övlad gətirməsi və planlanması (qızı Canan) mənim ona məsləhətimdir”.

Proses.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Bir neçə həftə əvvəl dünyasını dəyişən həmkarı Əməkdar artist Aygün Bəylərdən söz açan sənətçi bildirib ki, mərhumun qızı Canan dünyaya gəlməzdən əvvəl o, bacısının uşağını övladlığa götürübmüş:

“Aygün Bəylər bacısının uşağını övladlığına götürmüşdü və onu böyütmək istəyirdi. Mən isə buna narazılığımı bildirdim. Dedim ki, sən sənətkarsan, sənin öz övladın, canından, qanından biri olmalıdır. Gün gələcək, sən qocalanda, gücdən düşəndə sənə bir fincan çay gətirən bir qızın olsun. Həqiqətən də necə demişdim elə də oldu”.

İllər əvvəl sənət dostu ilə qonşu olduğunu söyləyən Roza vurğulayıb ki, Aygün yataq xəstəsi olan zamanı ona dəfələrlə yardım edib:

“Canan dünyaya 3 il sonra gəldi. Onun planlanması belə gözümün önündə olub. Elə anlar olurdu ki, Aygün Bəylər çox xəstə olurdu, ağrıları vardı, nasaz idi. Yeməyi bişirib qızım Bənövşəyə verib deyirdim ki, apar qapılarını döy bunu ver, sonra qaça-qaça evə qayıt. O, “Teleteatr” tərəfdə mənim qapı qonşum idi. Yəni mən elə dost idim”.

Zərgərli həmçinin bildirib ki, sağlığında Bəylərə həmkarları bir dənə də olsun toy verməyib:

“Son nəticədə Aygün Bəylərin dünyasını dəyişməsini görəndə, o, konsert verəndə və dünyasını dəyişən zaman mən Azərbaycanda deyildim… Nigar Camal ilə Aygün Bəylər 5 il əvvəl birlikdə duet oxumuşdular. O zaman niyə onları “trend” etmirdiniz? Aygün Bəylər acınacaqlı vəziyyətdə və xəstə olanda, konsertinə görə evini girov qoyanda harada idiniz? Niyə Aygün Bəylərə bir dənə də olsun toy və tədbir vermədiniz? Niyə də niyə!? Sənətkar deyib kənardan sevmək çox asan və rahatdır. Əgər fanat kütləsi deyilən bir şey varsa, sağlığında dəyər verilməli idi. Ölü ilə reklam tutmaq, qəbirüstünə getmək, gül qoyub şəkillər çəkdirmək… Aygünün bacısı bağıra-bağıra dedi ki, bacım torpağa tapşırılanda çəkməyin. Amma hərənin əlində olan telefon vardı. Nə olub? Olmaz! Sənətkarın dəyərini sağlığında bilmək lazımdır”.

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 7-si, gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…