- 28.01.2024 19:56
80 il əvvəlki dəhşətli tarix: Azərbaycanlıların da döyüşdüyü savaşdan NADİR GÖRÜNTÜLƏR
Dünya hərb tarixində ən faciəli və daha sonralar qəhrəmanlıq nümunəsi adlandırılan Leninqradın mühasirəsi barədə indi də yazılır.
Mühasirə təxminən iki il yarım, 872 gün davam edib. Şəhərdə kütləvi qıtlıq hökm sürürdü, insanlar yovşandan su əldə edir, yayda Müqəddəs İsaak meydanında tərəvəz yetişdirirdilər. Çörəyin gündəlik norması adambaşına 125-375 qram arasında dəyişirdi.
Leninqradı tutmaq nasistlərin strateji və siyasi məqsədlərində mühüm yer tuturdu. Müharibənin ilk günlərindən Leninqrad ətrafında bir neçə zolaqdan ibarət müdafiə sistemi yaradıldı. Müdafiə sədlərinin tikintisində şəhərin 100 minlərlə sakini iştirak edirdi. Sovet qoşunlarının müqavimətinə baxmayaraq alman qoşunları 1941-ci il sentyabrın 8-də Leninqradın qurudan yolunu kəsməyə nail oldular. Şəhərin blokadası başlandı. Şəhərlə əlaqə yalnız Ladoqa gölü və hava vasitəsi ilə saxlanılırdı. Nasist komandanlığı şəhəri bombardman edir və atəşə tuturdu.
Blokada yalnız 1943-cü ilin yanvarında yarıldı. Həmin ay Leninqrad və Volxov cəbhələrinin birgə əməliyyatları ilə 8–11 km enində “dəhliz” açıldı, şəhər buradan təchiz edilirdi. Blokada qəti olaraq 1944-cü ilin yanvarında götürüldü. 1942-ci il dekabrın 22-də “Leninqradın müdafiəsinə görə” medalı təsis edilmiş, bu medalla 1,5 mln.adam təltif olunmuşdur.
Azərbaycan döyüşçüləri H. Əliyev, H. Bağırov, Səmədov qardaşları, həmçinin M. Abbasov, M. Hüseynov, C. Əmirov və bir çoxları mühsirənin yarılmasında mərdliklə döyüşüblər.
Leninqrad mühasirəsinin tam aradan qaldırılmasının 80 illiyi münasibətilə həmin illərə aid arxiv görüntüləri yayılıb./cebhe.info
Fotoları təqdim edirik: