- 30.01.2024 16:09
“Mahir ay Brat” azadlığa buraxıldı
Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (Mahir ay Brat) cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror ittihamı nitqi ilə çıxış edib.
Prokuror meyxanaçının verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəsssisəsində çəkməsi şərti ilə 3 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən Mahirə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Qeyd edək ki, meyxanaçı ötən ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.