- 31.01.2024 12:13
Vəfat etdiyi deyilən Əməkdar artist efirə zəng etdi – VİDEO
Əməkdar artist Kifayət Gəncəlinin vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.
BAKU.WS xəbər verir ki, “Elgizlə izlə” verilişində sənətçi ilə canlı əlaqə saxlanılıb.
Efirə qoşulan Kifayət Gəncəli sağ-salamat olduğunu bildirib.
İfaçı qeyd edib ki, hazırda yaşlandığı üçün səhhətində bəzi problemləri var.
Xatırladaq ki, Gəncəli (Məmmədova) Kifayət İslam qızı 2 noyabr 1937-ci ildə Gəncədə anadan olub. Onun ailə üzvlərinin bir çoxunun gözəl səsi olub. Lakin Kifayət xanımdan başqa, heç kim bu sənətlə məşğul olmayıb.
Kifayət Gəncəli Əliağa Quliyevin, Ağası Məşədibəyovun, Əhsən Dadaşovun, Baba Salahovun, İslam Rzayevin ansambllarının solisti olub. O, həmçinin bəstəkar Ələkbər Tağıyevlə də əməkdaşlıq edib.
Onun “Vəsilə”, “Mənim Gəncəm” və digər mahnılarını ifa edib.
Ailə qurandan sonra Kifayət xanımın həyat yoldaşı ona mahnı oxumağa icazə vermir. Kifayət Gəncəli sözlərinə görə, onun Qızıl fondda 300-ə yaxın lent yazısı var.
Ətraflı videoda: