- 31.01.2024 12:13
Paşinyan nazir müavinini vəzifəsindən azad etdi
Ermənistanın iqtisadiyyat nazirinin müavini Ani İspiryan vəzifəsindən azad olunub.
Trend xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müvafiq qərar Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.
Qeyd edək ki, son zamanlarda erməni KİV-i Paşinyanın hökumətdə təmizləmə siyasəti apardığını yazır. Bildirilir ki, baş nazir hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü olmayan bütün dövlət məmurlarını vəzifədən məhrum edəcək.