- 04.02.2024 15:12
Güclü zəlzələ oldu – bu bölgədə
Okeaniyada yerləşən Quam adasının yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.
Proses.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlərindən məlum olub.
Bildirilib ki, təbiət fəlakətinin ocağı adanın Merizo kəndindən 150 km aralıda yerləşib. Bakı vaxtı ilə 13:50-də qeydə alınmış yeraltı təkanların dərinliyi 52,9 km olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib, habelə sunami təhlükəsi hələlik elan olunmayıb.