- 04.02.2024 15:14
Messinin mühafizəçisi ABŞ xüsusi təyinatlısıdır
“İnter Mayami”nin hücumçusu Lionel Messinin şəxsi mühafizəçisi ulduz futbolçunu hansısa arzuolunmaz əlaqədən qorumaq üçün əlindən gələn hər şeyi edir.
“İnter Mayami”nin bütün matçları zamanı o, yan xətt boyunca qaçır.
Proses.az Sportinfo.az-a istinadla xəbər verir ki, adı Yasin Çueko olan mühafizəçi, İraq və Əfqanıstanda döyüş təcrübəsi olan, döyüş sənətinə yiyələnən və bir neçə MMA döyüşlərində iştirak edən ABŞ ordusunun keçmiş xüsusi təyinatlı əsgəridir.