- 04.02.2024 15:18
“Elə bil lotuxanadır, hamı barmaq sallayır”
“Baxıram bütün günü hamı danışır, hamı bir fikir sahibidir. Öz dünyasında birincidir, qanun yaradırlar. Barmaq göstərirlər, şou-biznesi idarə edirlər. Baxırsan ki, ya mən dəli olmuşam, ya da siz nə yeyib-içirsiniz? Yaxşı görünmür. 20 il bundan əvvəl olsaydı, deyərdik ki, uşaqlıq edirlər”.
Proses.Az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi OLAY-a müsahibəsində deyib.
“Mən Vaqif Gərayzadəyə deyirdim ki, Vaqif müəllim, siz uşaq, gənc olmamısınız? Mənə deyirdi ki, qocalanda bu sözü xatırladaram. İndiki dövrə şit-şit mözvuları yaraşdırmıram. Nə özümə, nə ətrafıma, nə də musiqimizə. Bundan başlayaq. Mən özümü qatmıram. Çünki inşallah belə şeylər etmərəm. Olduğumuz yeri unuduruq. Biz mədəniyyəti təmsil edirik, cənablar. Amma qarğa bazarı yaradırlar. Hərə bir söz deyir, mahnı da demirəm, hərə bir səs çıxardır. Kimsə öskürür, kimsə asqırır, kimsə… Oxumaqdan başqa hər şey var”, – sənətçi deyib.
Onun sözlərinə görə, hamı özündən qanun icad edir: “Hamı böyükdür, “boss”dur. Elə bil lotuxanadır, hamı barmaq sallayır. Biz musiqimizi təmsil edirik. Elə biliriksə, bu gün ancaq biz özümüzü izləyirik. Bu, yanlışdır. Onda niyə qonşularımız ancaq bizim mahnılarımızı oxuyur? Niyə həmişə bizim musiqimizə əl atmaq istəyirlər? Çünki göz önündəyik. Nə qədər də özümüzü bəyənməsək, millət olaraq… Çünki həmişə deyirik ki, bu, qabağa gedə bilməz, ayağından dartaq, kimdi bizi dünyada təmsil edən. Ancaq özümüzü alçaldırıq, qabağa gedənin ayağından dartıb, gətirərik ki, yerin buradadır, özünə gəl. Dəstək vermək, dostluq etmək yoxdur. Ancaq sevinəsən ki, kimsə yıxıldı. Bəsdirin də”.