• 24.02.2024 08:42

Azərbaycanda qadın qonşu kişini evə çay içməyə çağırdı, dava düşdü: Dedim ki, içkili idinsə…

Azərbaycanda qadın qonşu kişini evə çay içməyə çağırdı, dava düşdü: Dedim ki, içkili idinsə…

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1986-cı il təvəllüdlü Xəyyam həmkəndlisi Cəlala (adlar şərti verilib – red.) xəsarət yetirib.

Proses.az teleqraf.com-a istinadla xəbər verir ki, hadisə ötən il iyulun 31-də Ordubad rayonunun kəndlərindən birində baş verib.

Xəyyam həmin gün saat 22 radələrində həmkəndlisi Cəlalı kəndin mərkəzinə çağırıb. Cəlalın onun həyat yoldaşı Səbinə ilə yaxın münasibətdə olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə birlikdə kənd mərkəzindən 200 metr aralıda, kəndin giriş yolu istiqamətində gediblər. Orada mübahisə edərək Cəlalın çənəsinin altından və baş nahiyəsindən vurub.

İstintaq orqanı tərəfindən Xəyyamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyyam ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2020-ci ilin iyun ayında Culfa şəhərində yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu vəzifəsində xidmətə başlayıb: “2022-ci ilin yay aylarında ailə üzvlərimlə birlikdə Culfa şəhərində yaşadım. Xidmətimlə əlaqədar şərti adla posta göndərildim. Həmin vaxt ailə üzvlərim kənddə valideynlərim ilə birlikdə yaşadı. Ayda bir dəfədən az olmayaraq yaşadığım kəndə gəlirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü il aprelin 23-dən may ayının 8-nə qədər məzuniyyətdə olub: “İyun ayında həmkəndlim Cəlal mənə məxsus evin həyətyanı sahəsində yerləşən divardan həyətimizə daxil olaraq həyat yoldaşıma qarşı xoşagəlməz hərəkətlər etdiyi barədə məlumat aldım. Həmin vaxt Cəlal Bakı şəhərində idi. Daha sonra onun Bakı şəhərindən geri qayıtdığını gördüm.

Saat 22 radələrində Cəlalın mobil telefon nömrəsinə zəng etdim. Onu kənd mərkəzindən 200 metr aralıda yerləşən sahəyə dəvət edərək onunla söhbət etmək istədim. Ondan 2022-ci ildə həyat yoldaşım Səbinə ilə aralarında baş vermiş hadisə ilə bağlı məsələyə aydınlıq gətirməsini istədim. Telefon danışığı zamanı Cəlal mənə qarşı nalayiq ifadələr işlədib dəstəyi asdı. 10 dəqiqə sonra kənd meydanına gəldi.

Ətrafdan başqa şəxslər görməsin deyə kənd mərkəzindən 200 metr aralıya, kəndin giriş istiqamətində getdik. Orada həyat yoldaşımla bağlı baş vermiş hadisədən ona suallar verdim. Cəlal həyətimizə girəndə içkili olduğunu dedi. “İçkiliydinsə öz yaxınlarına nalayiq hərəkətlər edərdin” dedim. Aramızda mübahisə yarandı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Cəlalla mübahisəsi daha da şiddətlənib: “Görüş təyin etdiyimiz sahə 2 metr dərinlikdə yarğan vardı. Mübahisə edərkən tutaqlaşdıq, hər ikimiz sürüşərək yıxıldıq. Yarğanın aşağı hissəsinə, daşlığa yuvarlandıq. Sol qolum əzilib ağrıdı. Cəlalın isə çənə və başının arxa hissəsi siyrildi.

Cəlal səhvini başa düşərək məndən üzr istədi. Daha sonra birlikdə yaşadığım evə getdik. Evdə heç kim yox idi. Ata-anam tövlədə heyvanları yemləyirdi. Yaşadığım evdə Cəlal məndən hərəkətlərinə görə təkrar üzr istəyərək onu bağışlamağımı xahiş etdi. Mən də onu bağışladım. Daha sonra o, evləri istiqamətinə getdi. Onunla əvvəlcədən hər hansı ədavətimiz olmayıb”.

İş üzrə zərərçəkmiş Cəlalın sözlərinə görə, 31 iyul 2023-cü ildə saat, 22 radələində kənddə həyat yoldaşı ilə birlikdə evlərində yemək yeyib, həyat yoldaşı Elmiranın mobil telefon nömrəsinə tanımadığı ömrədən zəng gəlib: “Zəngə özüm cavab verdim. Zəng edən həmkəndlim Xəyyam idi. O, nalayiq söyüşlərlə məni kənd meydanına dəvət etdi. 10 dəqiqə sonra həmin yerə getdim, kənd meydanında görüşdük. Xəyyam kənd meydanından bir az uzağa getməyimizi istədi. Onun yaşadığı evin 30 metrliyinə qədər getdik.

Xəyyam 2022-ci il tarixdə Səbinə ilə mənim aramda nə baş verdiyini soruşdu. Ona 2022-ci ilin avqust ayının sonlarında saat 19 radələrində bağımızdan çıxaraq onların evinin yaxınlığından keçərək evimizə getdiyimi dedim. Yolda həyat yoldaşı Səbinə ilə qarşılaşdığımı, Səbinənin mənim ailəm haqqında maraqlandığını, qohum olduğumuz üçün ondan bir stəkan çay istədiyimi söylədim.

Səbinə çay içmək üçün məni həyətlərinə dəvət etdi, həyətə daxil olduqdan 2 dəqiqə sonra qayınanası zəng edərək mənim gəlininə qarşı nalayiq hərəkətlər etdiyimi dedi. Səbinə də təcili qayınanasının evə gəlməsini istədi.

Ona bu hərəkətlərə ehtiyac olmadığını, sadəcə bir stəkan çay istədiyimi, mənə şər-böhtan atmağa hazırlaşdıqlarını düşündüm. Onlardan çıxaraq evimizə getdim. Bütün bunlar barədə Xəyyama məlumat verdim.

Xəyyamla qarşı-qarşıya durmuşduq. Hava qaranlıq olduğu üçün ətrafda heç kim yox idi. Gözlənilmədən görmədiyim əşya parçası ilə o, çənə nahiyəmdən bir zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Yerə yıxılandabaşımın arxa hissəsindən daşla vurduğunu da hiss etdim. Ayıldıqda Xəyyamın evində olduğumu gördüm”.

Zərərçəkmiş şəxs qeyd edib ki, daha sonra qana bulaşdığı köynəyini əynindən çıxarıblar, ona Xəyyamın köynəyini geyindiriblər: “Başımın arxasından, partlamış yerdən qan axırdı, çənəaltı nahiyəm kəsilmiş, bir dişim kökündən qopmuşdu. Bədənimdə ağrılar vardı.

Özümə gəldikdən sonra evimizə getdim. Döyülüb xəsarət almağım ilə bağlı yazılı şikayət etdim”.

Bu cinayət işinə Ordubad Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Xəyyam 2400 manat cərimə olunub.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…