• 24.02.2024 12:53

“Mən yeyəcəkdim, sən ac qalacaqdın?” – Polkovniklə işçisi yeyintini bölə bilməyiblər

“Mən yeyəcəkdim, sən ac qalacaqdın?” – Polkovniklə işçisi yeyintini bölə bilməyiblər

Müdafiə Nazirliyində 143 milyonluq korrupsiya cinayəti ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilən zabitlərdən dördü birlikdə mühakimə edilir.

Bunlar Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadədir.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılan iş şahidlərin dindirilməsi ilə davam edir.

Onlardan biri Hərbi Akademiyada maliyyə-xidmət rəisi işləmiş polkovnik-leytenant Tərlan Əliyevdir.

Şahid öz epizodu üzrə danışarkən etiraf edib ki, işlədiyi vaxt akademiyada təftiş nəticəsində 1 milyon 500 min manat mənimsəmə aşkar edilib. Həmin pulun 1 milyonunu təftişçilərə verib, 500 min manatı özünə götürüb. Cinayət əməlinin üstü açılandan sonra 500 min manatı dövlətə geri ödəyib.

Şahidin dediyinə görə, təftiş yoxlamasından əlavə Maliyyə-Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi Rafael Xələfova 4 dəfəyə ümumilikdə 120 min manat pul verib:

“Hər dəfə 30 min manat olmaqla 4 dəfəyə vermişəm. Bir dəfə Xələfovun özünə, üç dəfə adamına vermişəm. Amma istintaq vaxtı üzləşmədə hamısını boynuna almadı. Dedi ki, cəmi iki dəfə ona pul vermişəm, onu da Nizami Məmmədova verib”.

General Məmmədov şahidin son cümləsinə münasibət bildirərək Rafael Xələfovun şahiddən aldığı pulu ona vermədiyini deyib:

“Rafael mənimlə üzləşməsində belə danışmır. Amma başqaları ilə üzləşmədə pulu mənə verdiyini deyir”, – təqsirləndirilən general əlavə edib.

Şahid Əliyevlə bağlı digər epizod onun Hərbi Akademiyada qohumlarının adına plastik kartlar açıb pul köçürməsi ilə bağlıdır.

İttihamda deyilir ki, şahid qardaşı, qaynı, bacanağı və digər qohumlarının adına kartlar açıb. Mütəmadi olaraq həmin hesablara pullar köçürülüb. O bu epizod üzrə də ittihamda yazılanları təsdiq edib.

Prosesin davamında hadisə vaxtı Hərbi Hava Qüvvələrinin maliyyə-xidmət rəisi köməkçisi işləmiş Fariz Nəbiyev şahid ifadəsi vermək üçün hakim qarşısına çıxıb.

İttihama görə, hazırda təqaüddə olan Nəbiyevin fəaliyyəti təftiş edilərkən xeyli yeyinti ortaya çıxıb. Həmin pulun 33 mini isə onun özünə qalıb. O, üzərinə düşən ziyanı tezlikə dövlətə ödəyəcəyini deyib.

Nəbiyevin vaxtında Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin rəisi müttəhimlər kürsüsündə əyləşən polkovnik Cəlal Kazımov olub.

Şahidin dediyinə görə, hərbi hisələrin birində yoxlama sonrası Cəlal Kazımova 43 min manat verib. O, həmçinin nazirliyin təftiş şöbəsinin rəisi Rafael Xələfova da pul verdiyini deyib.

Cəlal Kazımov keçmiş işçisinin ona 43 min manat verdiyini qəbul etmir, əksinə hər yoxlamadan sonra Nəbiyevə 4 min manat pul verdiyini bildirir:

“Mən yeyəcəkdim, sən ac qalacaqdın?.. Yoxlamadan mənə nə qalırdısa, sənə də verirdim”, – Kazımov şüşə qəfəs arxasından şahidə deyib.

Kazımovun izzahından o da məlum olub ki, işlədiyi dövrdə şahidlə onun arasında pul mübahisəsi olub. Sonradan idarə rəisi Nizami Məmmədov da işə qarışıb.

N.Məmmədov bu haqda danışarkən deyib ki, Nəbiyev onun yanına gələrək pul bölgüsünə görə narazılıq edib. Bundan sonra general Məmmədov məsələni həll etmək üçün Cəlal Kazımov və Rafael Xələfova göstəriş verib.

Kazımov generalın tapşırığından sonra şahidə çatdırması üçün Rafael Xələfova 70 min manat verdiyini desə də, şahid bunun yalan olduğunu bildirib.

Şahid Elçin Mustafazadə də Hərbi Hava Qüvvələrinə daxil olan hərbi hissədə maliyyə-xidmət rəisi işləyib. Təftiş zamanı hərbi hissədə 528 min manat yeyinti üzə çıxıb. Həmin pulun 170 min manatı şahidə qalıb. 170 minin 25 min manatını dövlətə geri ödəyib, qalan məbləği də ödəyəcəyini bildirib.

Mustafazadə etiraf edib ki, “ölü canlar” adlanan sahibsiz kart hesablarına 15 min manat pul köçürüb. Onun da 13 minini Cəlal Kazımov götürüb.

Kazımov şahidin işlədiyi hərbi hissədəki yoxlamadan götürülən pulun 20 faizini təftiş şöbəsinin əməkdaşı Nəriman Cabbarova, bir hissəsini isə şöbənin rəisi Rafael Xələfova verdiyini deyib.

Prosesdə müxtəlif hərbi hissələrdə maliyyə-xidmət rəisi işləmiş daha bir neçə şahid ifadə verib. Onların da dövründə yoxlama zamanı yeyintilər aşkar edilib. Şahidlər hər biri öz üzərlərinə düşən ziyanı qısa müddətdə dövlətə ödəyəcəklərinə söz veriblər.

Xatırladaq ki, təqsirləndirilən şəxslər 2 il əvvəl həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…