- 16.03.2024 11:47
Afət Fərmanqızı bu dəfə Vəfa Şərifovaya söz atdı
Son zamanlar TikTok sosial şəbəkəsində çox aktiv olan müğənni Afət Fərmanqızı canlı yayımda həmkarı Vəfa Şərifovaya söz atıb.
Proses.az lent.az-a istinadən bildirir ki, o, Vəfa Şərifovanın səsi olmadığını bildirib.
“Vəfanın səsi var e. Niyə yoxdu, lal deyil ha. Amma o səsi ilə ancaq uşağını çağıra, buyura bilər, “get qapını ört”, filan deyər, onun oxumaq üçün səsi yoxdur”, – Afət Fərmanqızı bildirib.
Başı Şəbnəm Tovuzlu ilə qalmaqallardan açılmayan Vəfa Şərifova isə hələlik Afətə cavab verməyə zaman tapmayıb.