• 17.03.2024 17:48

Çoxlu pul verərlərsə, işimə xəyanət edərəm – Azərbaycanlı aktrisa

Çoxlu pul verərlərsə, işimə xəyanət edərəm – Azərbaycanlı aktrisa

Proses.az Aktrisa Zülfiyyə Qurbanovanın Kult.az-a müsahibəsini təqdim edir:

– Zülfiyyə xanım, teatr, film və serial: hər üçündə olmaq çətin deyil ki? Adətən, adam bir neçə işlə məşğul olanda qeyri-peşəkarlıq yaranır.

– Məncə, qeyri-peşəkarlıq bir sahədə olub, başqa işlərlə məşğul olanda yaranır. Mən hər üç sahədə aktrisalıqla məşğulam və oynadığım rollar da göz qabağındadır. Burada çətinlik ancaq fiziki mənada ola bilər ki, bəli, hər üçündə olmaq bəzən çətin olur.

– Hər bir sahədə “xaltura” anlayışı var. Aktrisalıqda bu necədir? Məsələn, pul naminə məcbur olub nəyəsə çəkilirsinizmi, yoxsa sizin üçün əsas sənətdir, pul o qədər də rol oynamır?

– Razıyam, bu, hər sahədə var, o cümlədən də bizim sahədə. Amma şəxsən mən Zülfiyyə Qurbanova olaraq heç vaxt pul naminə öz işimə xəyanət etməmişəm. Çünki öz işimi sevərək görürəm, məcburiyyətdən yox. Əgər bir gün işimə xəyanət edəsi olsam, gərək o qədər çox pul olsun ki, bu barədə düşünə bilim.

– Məsələn, təxmini nə qədər məbləğə bu barədə düşünə bilərsiniz?

– Vallah, hələ düşünməmişəm (gülür). Amma əlavə pul qazanmaq istəyəndə aparıcılıq-filan edirəm.

– Belə çıxır, sizin “xaltura”nız aparıcılıqdır?

– Siz və başqaları buna “xaltura” deyə bilərsiniz, amma mən “əlavə qazanc mənbəyi” deyirəm və belədir. Bu cür də gözəl səslənir. Əlavə qazanc olur deyə, hansısa tədbirdə aparıcı kimi də fəaliyyət göstərirəm və qonorar da alıram. Sadəcə, aparıcılıq aktrisalıq deyil.

– Qonorar demiş, açıqlaya bilərsinizmi bir film üçün nə qədər qonorar tələb edirsiniz?

– Yox, açıqlaya bilmərəm. Bu, mənə aid bir şeydir, həm də stabil məbləğ yoxdur, dəyişir.

– Aktyorlara, aktrisalara nisbətən yazıçı və şairlər öz sahələrində olan haqsızlıqlara tez-tez etiraz edirlər. Amma bu sizlərdə çox görünmür. Deyəsən, hər şeydən razısınız…

– İndiyə qədər dəfələrlə yazılarla, müsahibələrlə, hətta televiziyada da etirazlar eləmişəm. Bu məsələlər mənim üçün bağlanıb.

– Zülfiyyə xanım, hansı rol olsa, ona çəkilməzsiniz? “Qırmızı xəttiniz” varmı?

– Təmas tələb edən səhnələrə çəkilmərəm.

– Niyə, cəmiyyətin qınağından qorxursunuz? Axı peşəkar sənətdə tabuları qırmaq lazımdır. Sənət qurban tələb etmir?

– Bu cür fikirləri kimlər deyirsə, yanlış edir. Hansısa təmas olmayan səhnəyə də çəkilib yadda qalmaq, gözəl iş ortaya qoymaq olar. Mən özüm buna nümunəyəm.

– Yəni, sizin səbəbiniz cəmiyyət, ailə, dəyərlər deyil, sadəcə, sevmirsiniz, başqa cür də bacarırsanız deyə çəkilmirsiniz?

– Doğulduğum, yaşadığım bu cəmiyyətdə kifayət qədər riskli sayılan, birmənalı qarşılanmayan rollar canlandırmışam. Mənim üçün əsas olan rolun təmassız şəkildə də düzgün çatdırılmasıdır. Digər bir məsələ isə yaşadığımız cəmiyyətdə bu yaradıcılıq məsələləri nəyə dəyir, nəyə dəymir, onu mən özüm bilirəm.

– Bəs, “Tabutçunun yelləncəyi”, “Zəhər tuluğu” filmlərindəki fahişə obrazı ilə tanınmaq sizi narahat etmir ki?

– Xeyr. Ona görə eləmir ki, mənim yaradıcılığımda müxtəlif qadın xarakterləri var. Fahişə obrazları da o qadın xarakterlərindən biridir. Kifayət qədər mənfi və müsbət qadın rolları oynamışam. Hər şeyin öz yeri var. Bəziləri Yutuba, digərləri də televiziyaya baxır. Hərə məni bir yerdən, bir obrazdan tanıyır. Amma mən fahişə obrazlarına görə tanınmışam desəm, digər gözəl rollarıma haqsızlıq olar. Belə də ki, mən niyə narahat oluram? Cəmiyyət narahat olsun!

– Eyni zamanda gözəl xanımsınız. Bilmək olarmı evlənməməyinizin səbəbi nədir?

– Xarakter! Mənəvi olaraq çox güclü xanımam. İnşallah, irəlidə özüm kimi güclü, iradəli bir insan çıxanda, beyni mənim beynimlə bərabər olsa, mütləq ki, həmin insanla da ailə quracam.

– Bəs birdən evlənəndən sonra yoldaşınız sənətinizə qısqansa, necə olacaq? Vidalaşa biləcəksiniz sənətinizlə? Sənətiniz sevgiyə qurban gedəcəkmi?

– Gələcəyin işidir. Amma mən sənətimi kifayət qədər ağılla, əxlaqla icra edən aktrisayam. Ona görə də ortada qısqanılacaq heç nə yoxdur.

– “Gələcəyin işidir” deyirsinizsə, deyəsən, belə bir ehtimal var.

– Sabah ölmək ehtimalım da var…

DİGƏR XƏBƏRLƏR

Deputatları başdan çıxaran iranlı qızlar: Aralarında görün kimlər var -ŞOK FAKTLAR

Deputatları başdan çıxaran iranlı qızlar: Aralarında görün kimlər var…

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bəzi İran vətəndaşlarının fahişəliklə məşğul olduğu üçün ölkədən deport olunması və ölkəyə girişinə məhdudiyyət…
“Oğlan dayısı arvadı ilə münasibətdədir, yeznə baldızla eşq yaşayır, RÜSVAYÇILIQDIR”

“Oğlan dayısı arvadı ilə münasibətdədir, yeznə baldızla eşq yaşayır,…

Xəbər verdiyimiz kimi, həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İnarə Yusibovanın narkomaniyadan əziyyət çəkməsinə dair veriliş hazırlanıb. Onu…
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”… – VİDEO

Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”… – VİDEO

İrəvanın mərkəzində, Respublika meydanında oxunan “Qarabağ” mahnısı erməni mediası və ictimaiyyətində panika yaradıb. Musavat.com axar.az-a istinadən bildirir ki, videonun köhnə olduğu…
Onlar həmin qəzada öldülər – FOTOlar

Onlar həmin qəzada öldülər – FOTOlar

Faciə ABŞ-da son 20 ildə ən ölümcül hava fəlakəti ola bilər. ABŞ-da ölümlə nəticələnən American Airlines təyyarə qəzasının ən gənc…
Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü – Fotolar

Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü – Fotolar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb. Bu barədə Proses.az-a Xarici İşlər…
Sabahdan çörəyin qiyməti bahalaşacaq

Sabahdan çörəyin qiyməti bahalaşacaq

Azərbaycanda çörəyin qiymətində artım olacaq. Globalinfo.az-ın paytaxtdakı bəzi mağazalarda keçirdiyi sorğu əsasında bəlli olub ki, sabahdan etibarən çörəyin qiyməti 5…
Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM XƏBƏR

Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM…

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdiriləcək. Bu, Prezident…
Penitensiar Xidmətə işə düzəldəcəkdi, TUTULDU

Penitensiar Xidmətə işə düzəldəcəkdi, TUTULDU

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs Abbas Hətəmovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun…
Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində bir ailənin 5 üzvünün həyatını itirməsi ilə nəticələnən partlayış ölkəmizdə postmüharibə dövründə partlamamış hərbi sursat (PHS)…
Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların…
Leysan Məmmədova vəzifə verildi

Leysan Məmmədova vəzifə verildi

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib. Proses.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Məmmədov Leysan Novruz…
Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur. Proses.az xəbər verir ki, bunu Report-a “Konstitusiya Araşdırmaları…
İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb. Bu barədə “Report”a aktrisanın qızı Nigar Tofiq məlumat verib. Onun…
“Roşka” yenidən həbs olundu

“Roşka” yenidən həbs olundu

O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi…
Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib. Proses.az-a bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Xatırladaq ki,…