- 23.03.2024 19:04
Teraktın daha bir dəhşətli görüntüsü: “Ora dalandır! Aşağı qaçaq” – VİDEO
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror zamanı baş verənlərlə bağlı yeni görüntülər yayılmaqda davam edir.
Proses.az oxu.az-a istinadən xəbər verir ki, kadrların birində atışmanın yeni başladığı vaxt zaldan möcüzəvi şəkildə sağ-salamat qaçmağı bacaran insanlar əks olunub.
Videoda onların oturacaqların arxasında gizlənərək süründükləri, sonra qaçmağa çalışarkən bağlı qapılarla üzləşdikləri görünür.
Bu vaxt onlardan birinin: “Ora dalandır! Aşağı qaçaq”, – dediyi eşidilir.
Nəhayət onlar küçəyə çıxışı tapa bilirlər.