- 30.03.2024 12:55
Həyat yoldaşı generalı məhkəməyə verdi – FHN-də növbəti qalmaqal
Həyat yoldaşı Fövqəladə hallar nazirinin müavini, general Faiq Cavad oğlu Tağı-Zadəni məhkəməyə verib.
Proses.az unikal-a istinadla xəbər verir ki, Dilarə Məmməd qızı Tağı-Zadə ər-arvad arasında əmlakın bölünməsi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə müraciət edib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub. Keçiriləcək məhkəmə prosesində Dilarə Tağı-Zadə iddiaçı, Faiq Tağı-Zadə isə cavabdeh qismində tanınıb.
Xatırladaq ki, Faiq Tağızadə ötən ilin oktyabr ayında infarkt keçirib və ürəyinə stent qoyulub.