• 01.04.2024 13:42

Səhnədə hər şeyə razıyam, bundan başqa – Aktrisa

Səhnədə hər şeyə razıyam, bundan başqa – Aktrisa

Proses.az aktrisa Sanura Cəfərovanın Kult.az-a müsahibəsini təqdim edir:

– Sanura xanım, qadın sənətçilərin əksəriyyəti Azərbaycanda aktrisa olmağın çətin olduğunu deyirlər…

– Azərbaycanda ümumən qadın olmağın özü çətindir, o ki qaldı aktrisa olasan. Bir şey asandır ki, məşhur olmaq problemi yoxdur. Sosial şəbəkələr bunu əlverişli edib. Mənimçünsə bu məsələlər xüsusi olaraq çətin olub, o da ailəmə görə. Anam heç vaxt aktrisa olmağımı istəmirdi. Çətinliklərə baxmayaraq, illər sonra mən yenə istədiyim peşə ilə məşğul oldum. Uşaqlıqdan incəsənəti sevmişəm. KVN-də oynamışam.

– Ananız aktrisa olmağınıza niyə icazə vermirdi?

– Nə bilim, istəmirdi. Yəqin, cəmiyyətin reaksiyasına görə.

– Aktrisalar, adətən, intim səhnələrə çəkiləndə müzakirə olunurlar. Məsələn, heç olmasa öpüşmə səhnəsinə çəkilmisiniz?

– Xeyr, olmayıb belə bir səhnəm, amma qınamaq düzgün deyil. Məncə, aktrisa bütün səhnələrə çəkilməyi bacarmalıdır, cəmiyyət bunu normal qəbul etməlidir.

– Öpüşmə təklifi gəlsə necə, qəbul edərsiniz? Cəmiyyətin qınağından qorxmursunuz ki?

– Estetik şəkildə təqdim edən rejissor olsa, öpüşmə səhnəsinə razılaşaram. Amma bunu da qısametrajlı film, serialda razılaşmaram. Tammetrajlı filmdə öpüşmə səhnəsi normaldır. Cəmiyyətdən isə qorxmuram, özüm bilirəm ki, nə olar, nə olmaz. Buna təcrübəm, ağlım imkan verir. Cəmiyyətin fikri ilə yaşamıram.

– Konkret olaraq qırmızı xəttiniz nədir, hansı səhnəyə çəkilməzsiniz?

– Qırmızı xətt deməzdim, tək şərtim o olur ki, saçlarıma toxunmasınlar. Bəlkə sualın cavabı bu deyil, amma konkret bu məsələ ən yaralı yerimdir. İmtina etdiyim rol olub, o da açıq-saçıqlığına yox, xoşuma gəlmədiyinə görə.

– Sizi sosial şəbəkədə həm də geyimlərinizin açıq-saçıqlığına görə tənqid edirlər…

– Mən hər şeyi öz bədən ölçülərimə yaraşan tərzdə geyinirəm. Qısa geyim mənə yaraşır. Vulqar geyim istifadə etmirəm. Onsuz da tanınmış simasansa, necəsə müzakirə olunacaqsan, neqativ düşüncələr olacaq. Bütün hallarda düşünmürəm ki, mənim haqqında bu məsələr çox danışılır. İzləyicilərim məni sevirlər.

– Belə bir ifadə var ki, pul hər şeyi həll edir. Məsələn, sizinçün belə miqdar var ki, onu təklif eləsələr, imtina edəcəyiniz rolu da qəbul edəsiniz?

– Pul çox şeyi həll etsə də, hər şeyi həll eləmir. Mən bir səhnədən imtina edirəmsə, bir bildiyim var. Bu, mənim seçimim, sərhədimdir. Buna isə heç bir qonorar təsir edə bilməz.

– Təklifləri nəyə əsasən qəbul edirsiniz? Məsələn, sizinçün filmin, serialın ciddi olub-olmaması önəmlidirmi? Yoxsa məsələn, qonorar versinlər, öz rolunuzu oynayın, vəssalam?

– Təklifləri ilk növbədə ssenariyə görə dəyərləndirirəm. Mənimçün birinci məsələ obrazımın ağırlığıdır.

– Düşünürsünüz ki, “Varlı qız, kasıb oğlan”dakı Nüşabə obrazınız ağırdır? Bəlkə o məhz kütlə üçündür?

– Ağır deyəndə, mən yaddaqalan obrazı nəzərdə tuturam. Biz onu artıq 6 ildir, çəkirik. Düşünürəm ki, bu obraz da sevilən obrazdır və həm də o obrazlar elə cəmiyyətdə var. Təbii ki, həm də kütlə üçün çəkirik.

– Sənət sahəsində, adətən, narazılıqlar çox olur. Sizin necə, film, serial sahəsində narazılığınız var?

– Narazılığım bəli, var. Ssenarilərdən narazıyam ki, sərhədlər qoyulur. Məsələn, “Əqrəb mövsümü” yaxşı idi, hər şey yerli-yerində, amma çox zaman belə olmur, bizə senzura qoyurlar. Məncə, ssenaridə calı danışıq dili tətbiq olunmalıdır, çox zaman ifrat dərəcədə bədii danışırlar. O cümlədən, eyni simalardan çox istifadə edilir. Adama elə gəlir, kim çox görünürsə, ən istedadlı odur. Son olaraq isə qonorar məsələsi. Düzdür, başa düşürük, amma yenə də razı deyiləm.

– Sirr deyilsə, nə qədər qonorar alırsınız?

– Sirrdir, açıqlaya bilməyəcəm.

– Bildiyimiz qədər, ailəli deyilsiniz. Məsələn, gələcəkdə həyat yoldaşınız intim səhnələr olsa, ona qarışsa, necə olacaq? Sənəti sevgiyə qurban verərsiniz, yoxsa əsas ailə dəyərləridir?

– Həyatıma girən insan nə işlə məşğul olduğumu bilməlidir. Mən ayıb bir iş görmürəm. Sənətimi isə yox, sevgiyə qurban vermərəm. Sevgi ilə sənət arasında qalsam, sənəti seçərəm. Onsuz da intim səhnələrdə öz sərhədlərim var. Bu, o qədər də problemli məsələ deyil. Həyatımda olan insan sənətimi qəbul etmirsə, mənim həyatımda da yeri ola bilməz.

DİGƏR XƏBƏRLƏR

Deputatları başdan çıxaran iranlı qızlar: Aralarında görün kimlər var -ŞOK FAKTLAR

Deputatları başdan çıxaran iranlı qızlar: Aralarında görün kimlər var…

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bəzi İran vətəndaşlarının fahişəliklə məşğul olduğu üçün ölkədən deport olunması və ölkəyə girişinə məhdudiyyət…
“Oğlan dayısı arvadı ilə münasibətdədir, yeznə baldızla eşq yaşayır, RÜSVAYÇILIQDIR”

“Oğlan dayısı arvadı ilə münasibətdədir, yeznə baldızla eşq yaşayır,…

Xəbər verdiyimiz kimi, həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İnarə Yusibovanın narkomaniyadan əziyyət çəkməsinə dair veriliş hazırlanıb. Onu…
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”… – VİDEO

Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”… – VİDEO

İrəvanın mərkəzində, Respublika meydanında oxunan “Qarabağ” mahnısı erməni mediası və ictimaiyyətində panika yaradıb. Musavat.com axar.az-a istinadən bildirir ki, videonun köhnə olduğu…
Onlar həmin qəzada öldülər – FOTOlar

Onlar həmin qəzada öldülər – FOTOlar

Faciə ABŞ-da son 20 ildə ən ölümcül hava fəlakəti ola bilər. ABŞ-da ölümlə nəticələnən American Airlines təyyarə qəzasının ən gənc…
Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü – Fotolar

Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü – Fotolar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb. Bu barədə Proses.az-a Xarici İşlər…
Sabahdan çörəyin qiyməti bahalaşacaq

Sabahdan çörəyin qiyməti bahalaşacaq

Azərbaycanda çörəyin qiymətində artım olacaq. Globalinfo.az-ın paytaxtdakı bəzi mağazalarda keçirdiyi sorğu əsasında bəlli olub ki, sabahdan etibarən çörəyin qiyməti 5…
Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM XƏBƏR

Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM…

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdiriləcək. Bu, Prezident…
Penitensiar Xidmətə işə düzəldəcəkdi, TUTULDU

Penitensiar Xidmətə işə düzəldəcəkdi, TUTULDU

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs Abbas Hətəmovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun…
Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində bir ailənin 5 üzvünün həyatını itirməsi ilə nəticələnən partlayış ölkəmizdə postmüharibə dövründə partlamamış hərbi sursat (PHS)…
Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların…
Leysan Məmmədova vəzifə verildi

Leysan Məmmədova vəzifə verildi

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib. Proses.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Məmmədov Leysan Novruz…
Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur. Proses.az xəbər verir ki, bunu Report-a “Konstitusiya Araşdırmaları…
İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb. Bu barədə “Report”a aktrisanın qızı Nigar Tofiq məlumat verib. Onun…
“Roşka” yenidən həbs olundu

“Roşka” yenidən həbs olundu

O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi…
Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib. Proses.az-a bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Xatırladaq ki,…