• 03.04.2024 12:45

Səhər saatlarında Bakı metrosunda nə baş verib? SON DƏQİQƏ AÇIQLAMASI

Səhər saatlarında Bakı metrosunda nə baş verib? SON DƏQİQƏ AÇIQLAMASI

Bu gün səhər saatlarında “Bakı Metropoliteni”ndəki qatarların fəaliyyətində gecikmə müşahidə olunub.

Metro istifadəçisi kimi mən də “Neftçilər” istiqamətində hərəkət edən qatarda bu halla rastlaşdım. Hətta təxminən 09:50-də “Nəriman Nərimanov”dan “Ulduz”a keçiddə qatar dayandı. Qısa fasilədən sonra isə hərəkətinə davam etdi.

Durumu aydınlaşdırmaq məqsədilə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

Sözçü Musavat.com-a bildirdi ki, səhər saatlarında qatarların hərəkətində gecikmə olmayıb:

“Hər hansı bir qatarda nasazlıq və yaxud infrastrukturla bağlı bir problem olarkən ümumi məlumatı gözləmədən biz bunu avtomatik olaraq ictimailəşdirdik ki, sərnişinlərdə məlumat qıtlığı və yaxud narahatlıq yaranmasın. İnfrastruktur və qatarlarla bağlı hər hansısa bir problem yoxdur. Amma sərnişin axınının hər gün tənzimlənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Aprel ayı sərnişinlərin müəyyən həcmdə artdığı bir dövrdür. “Bakı Metropoliteni” üçün belə dövrdə ən vacib məqam sərnişin axınının tənzimlənməsi və bu axının istiqamətlərinə uyğun olaraq müxtəlif texniki tədbirlərin görülməsidir. Bu tədbirlər hər gün görülür. Sadəcə olaraq vaxt baxımından dəyişiklik ola bilir. Səhər saatları gur vaxtlardır.

Ehtiyat qatarların xəttə verilməsi texniki cəhətdən mümkün olmadığından manevr işlərini “Memar Əcəmi”, digər tərəfdən “Neftçilər” və 2 xəttin yalnız 1 deposu olduğu üçün “Nəriman Nərimanov” elektrik deposundan edə bilirik. Bu tənzimləmələr zamanı siz müəyyən sahələrdə əvvəlkindən fərqli bir hərəkət istiqaməti görə bilərsiniz. Gur saatın başa çatma ərəfəsində – saat 10-a doğru qatarların depoya verilməsi, depodan xəttə buraxılmasından əlavə olaraq ehtiyat qatarın da xəttə verilməsi təmin olunur. Bunun üçün də xəttə müəyyən qatar çıxmalıdır, digər qatar daxil olmalıdır. Bunlar sırf texniki məsələlər olduğu üçün sentyabrdan başlayaraq sərnişinlərə müraciətimiz o olur ki, Metropolitendə hərəkət edərkən planlarınızı 5-10 dəq civarında ertələyin ki, biz operativ olaraq monitorinqlərin nəticəsini, müxtəlif tədbirləri həyata keçirək. Bu səbəbdən də müəyyən sahələrdə interval məsələn, 2,5 dəqiqədirsə, siz orada 3 dəqiqə də gözləyə bilərsiniz. Burada söhbət saniyələrdən gedir. Yekun olaraq bir qrup sərnişin işə tələsərkən ənənəsindən 1 dəqiqə kənara çıxma olanda artıq müəyyən narazılıq yarana bilir.

Tənzimləmələr bundan sonra da bu qaydada, operativ şəkildə mütləq qaydada olacaq. Çünki yüklənmiş stansiyaların yükü azaldılmalıdır. Sərnişinlərin qismən də olsa, rahatlığı təmin olunmalıdır”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…