• 03.04.2024 13:52

Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi… – İllərin sirri AÇILIR

Evə gələn zəng onu stresə saldı, İlhamə xanım qollarımda dünyasını dəyişdi… – İllərin sirri AÇILIR

“Mən şou-biznes adamı deyiləm. Heç yerə çıxmıram, müsahibə də vermirəm. İlk dəfə “O üz” verilişi İlhamə xanımla bağlı məndən müsahibə almışdı. İlhamə xanım gözəl insan idi, mələk idi. Ondan danışanda göz yaşlarım sel olur. O mənim dostum idi. Mənə ana, bacı, rəfiqə olub. O mənə “bacı” deyirdi, mən ona “ana” deyirdim. Hələ o vaxt balaca qız idim. Televizorun qarşısında əyləşib onun mahnılarına qulaq asırdım. Səsi gələndə anama deyirdim ki, televizoru söndürmə. Onu uşaqlıqdan çox istəmişdim. Hissiyatım məni İlhamə xanımın yanına gətirdi. Tale elə gətirdi ki, biz doğmalaşdıq. 10 il olardı ki, onu tanıyırdım. Amma yanında 4 ay olmuşam. Zaqulbada tanış olmuşduq. Eks spiker Oqtay Əsədovun qaynanası Rəfiqə xanım xəstə idi. Mən ona baxırdım. İlhamə xanım da Zaqulbada qalırdı. Görürdü ki, mən Rəfiqə xanıma necə cani könüldən baxıram, qulluq edirəm. Bütün günü görüşüb söhbətləşirdik, dərdləşirdik. Bir pişiyi də var idi. Xəstə olanda dedi ki, “Fatyanı çağırın mənə baxsın. Mənə ondan yaxşı heç kim baxmaz”

Proses.az bildirir ki, bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti İlhamə Quliyevanın yaxını, köməkçisi Fatma Əliyeva deyib. O daha sonra əlavə edib.

“İlhamə xanım heç kimə inanmırdı, güvənmirdi. O mənə o qədər sözlər danışıb ki. Onun haqqında yalan danışan insanların istəyirəm gedib gözlərini çıxarıb qoyum yerə. Öz doğmalarına demədiklərini mənə danışırdı. Hələ bir dəfə üstümə hirslənməyib, qışqırmayıb. Sonuncu dəfə Tolikin ad günündə olduq. 2-3 dənə mahnı da oxudu. Onu oxşayırdım, əzizləyirdim. Nə geyinirdisə deyirdim ki, görün nə gözəl yaraşır sizə. Mən ona təmənnasız baxmışam, evinə dost kimi getmişəm. Mənə çox hörmət edib. Ömür boyu itirmərəm onun etdiyi yaxşılıqları” deyə Fatma xanım bildirib.

Fatimə Əliyeva onu da əlavə edib ki, İlhamə xanım var-dövlətindən ona da miras qoyacağını bildirib.

“Deyirdi ki, Fatya, mən dünyadan gedəcəm, o ev-eşiyi keçirəcəm sənin adına. O 2-cü gün rəhmətə getdi. Bank işçisi ilə də danışdı, dedi ki, Fatyanın sənədləşməsini edin, o mənə yiyə durub. Mən də deyirdim ki, var-dövlətini oğluna ver, Əli Mirəliyevə ver, onun qızı Samirəyə, dayın oğluna ver. Deyirdi ki, yox! 5-ci gün getməli idik notariusa. 2-ci gün dünyasını dəyişdi. Mən neynirəm var-dövləti?! Ona görə ağlamıram ki… Ondan mənə Allahın bir yaylığı da qalmadı. O evdən ağlaya-ağlaya çıxdım. Səhərə qədər cənazənin yanında dil töküb ağlamışam. Buna bütün televiziyalar, sənəd yoldaşları da şahiddir” deyə o bildirib.

Fatma Əliyeva İlhamə Quliyevanın son saatlarını belə xatırlayıb.

“Televizoru izləyirdi, bir də gördü ki, Röya Ayxanı göstərirlər. Röya xanım müsahibə verib deyirdi ki, “İlhamə xanım son günlər yaman qalmaqallıdır”. İlhamə xanım hirsləndi. Dedi ki, “buna ad verdirmişəm, kömək etmişəm, danışığına bax”. Həmin gecə evə bir jurnalist zəng etdi. Vallah bilmədim kimdir?! Anonim zənglər gəlirdi. Telefonun dəstəyini əlindən aldım, həmin xanıma dedim ki, bəsdirin də, bunu öldürmək istəyirsiz?”. Gördüm ki, İlhamə xanımın əlləri, ayaqları əsir. Yalan-yalan sözlərlə şantaj edirdilər. Deyirdilər ki, İhamə xanım döşəyin altına diktofon qoyublar, sənin səsin yazılacaq. Qadın stress yaşadı. Gecəni birtəhər keçirdik. Səhər saat 10-a qalırdı. Gördüm ki, məni çağırır. Ondan qabaq gəlib dərmanlarını vermişdim. Aşağıda aptekə düşüb bir dərman aldım. Vəziyyəti yaxşı deyildi. Neftçilər xəstəxanasının baş həkimi Leyla Seyidbəyovaya zəng edib dedim ki, İlhamə xanım yaxşı deyil. Təcili Tibbi Yardım maşını göndərdilər. Əli Mirəliyevin qızı Samirəyə yığdım ki, tez gəlin. Onlar da gəldilər. Təcili yardım gələnə qədər İlhamə xanım mənim qollarımda dünyasını dəyişdi (ağlayır). 14-cü mərtəbədə elə qışqırdım ki… Son sözü bu oldu ki, “Fatya ölürəm, mənim üçün elə bir adam çağır ki, gəlib məni sağaltsın” deyə o bildirib.

Fatma Əliyeva deyir ki, bu gün onu yuxularında görür.

“İlhamə xanım yuxularıma mələk görkəmində gəlir. Deyir ki, burada ev almışam. Onun yeri cənnətdir. Evinə adam gəlirdi, yemək yeməmiş onu yola salmazdı. Yanına gələnlərə bahalı hədiyyələr də verirdi. Qardaşımın, anamın məzarına ziyarətə gedəndə mütləq İlhamə xanımın da məzarına baş çəkirəm. Bacısı Gülbahar xanım da tez-tez məzar üstünə gəlir. İlhamə xanımın qoxusunu o xanımdan alıram. Bunu özü də bilir. Onunla danışanda elə bilirəm ki, İlhamə xanım sağdır. Kaş insanlar İlhamə xanımı efirdən yox, həyatdan tanıyardılar” deyə qadın bildirib.
Fatimə xanım İlhamə Quliyevanın müğənnilər haqqında ona dediklərini də bizimlə bölüşüb.
“O əvvəldən hamını sevib. Vaxtilə xalq artisti Flora xanım Kərimova ilə də münasibətləri yaxşı olub. Aralarında söz-söhbət olub səngimişdi. Elza Seyidcahanı da çox istəyirdi. Amma elə şeylər baş vermişdi ki, onun qəlbinə dəyib, yaralayırdılar. Ürəyi kövrək idi. Hələ bir dəfə də deməyib ki, filankəs pisdir. Elə hey deyirdi ki, Elza da mənə yaxşı qız olub. “Ağ çiçəyim” mahnısını necə həvəslə oxuduğunu danışırdı. Elə bil ki, hiss edirdi.. Deyirdi ki, dünyadan köçüb gedəcəyik, özümüzlə nə aparacağıq?! Bir dəfə dedi ki, “Fatya, Orxanı götürüb uşaqlıqdan saxlamışam, ona yazığım gəlir. Ona bir maşın alıb verəcəyəm. Uşaqdır, gözü orda-burda qalır”. Heç o vaxtdan Orxanla əlaqəm yoxdur. O vaxt da Orxanla İlhamə xanımın xatirinə danışırdım” deyə Fatimə Əliyeva bildirib.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…