- 04.04.2024 10:18
Vasif Talıbov statistik rəqəmləri belə saxtalaşdırırmış – ŞOK
Ötən il Naxçıvan Muxtar Respublikası üzrə qeydə alınan bəzi statistik göstəricilər əvvəlki illə müqayisədə kəskin şəkildə azalıb.
Proses.az Hurriyyet.az-a istinadən xəbər verir ki, əsas sosial iqtisadi göstəricilərdən biri olan muzdlu işçilərin sayı 2022-ci illə müqayisədə 2023-cü ildə 3 dəfədən çox azalıb.
Belə ki, ötən il Naxçıvanda özəl sektorda çalışan muzdlu işçilərin sayı 2022-ci ildə qeydə alınan 72,6 mindən 23,2 min nəfərə düşüb.
Son 2 ildə Naxçıvan Muxtar Respublikasında kəskin azalmanın qeydə alındığı bəzi statistik göstəriciləri təqdim edirik:
Məlumat üçün onu da bildirək ki, yuxarıda qeyd olunan sosial iqtisadi göstəricilərdən fərqli olaraq Naxçıvan Muxtar Respublikasında qeydə alınan cinayətlərin sayı kəskin artıb.
Aşağıdakı cədvəldə Naxçıvanda qeydə alınan cinayətlərin son 2 ildəki sayı göstərilib:
Onu da qeyd edək ki, 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Vasif Talıbov 2022-ci ilin dekabr ayının 21-də tutduğu vəzifədən istefa verib.