• 09.04.2024 12:06

Fitrə necə, nə vaxt və nə qədər çıxarılır? – İlahiyyatçı

Fitrə necə, nə vaxt və nə qədər çıxarılır? – İlahiyyatçı

Sabah Ramazan bayramıdır və artıq bayramla bağlı ritualların icrasına hazırlıq gedir.

Proses.az xəbər verir ki, bununla bağlı ilahiyyatçı Vüqar Səmədovun Kult.az-a müsahibəsini təqdim edirik:

– Vüqar bəy, fitrə nədir?

– “Fitr” kəlməsi “orucu açmaq”, “orucu başa vurmaq” mənasına gəlir. Fitr sədəqəsi isə insanı Ramazan bayramına çatdıran, Ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allaha şükür niyyəti ilə verilən sədəqədir. Fitrə təmizlənmək üçündür.

– Fitrə nə vaxta qədər çıxarılmalıdır?

– Əgər bayram namazına qədər çıxardılıb verilirsə, fitrə olur. Verilmirsə, sədəqə hesab olunur. Yəni bu gün axşam saatlarına qədər çıxarılmalıdır. Çünki sabah tezdən bayram namazı qılınacaq.

– Bayram namazı nə vaxt qılınacaq?

– Qafqaz Müsəlmanları İdarəsinin qərarına əsasən, 10 apreldə, bayramın ilk günündə Əjdərbəy məscidində 08:00-də, Təzəpir məscidində 09:00-da qılınacaq.

– Bəs fitrənin miqdarı necə hesablanır?

– Miqdarın ümumən hesablanması peyğəmbərin hədisinə görədir. Belə deyək, olduğun bölgədə istehlak olunan qida maddələrinə görədir. Ərəbistan üçün zamanında bu buğda, arpa, quru üzüm, un və xurmadan verilirdi. Miqdarı da hərəsindən 4 ovuc. Bunu da alimlər hesablayıblar ki, təxminən 3 kilodur. Kilosunu 2 manatdan götürsək 6 manat edir. Yəni, bir adam üçün undan hesablasaq belə edir. Xurmadan hesablasaq çeşidlərə görə qiymət dəyişir. Bir nəfər üçün vəziyyətə görə nə qədər istəsən verə bilirsən. Bu, imkanla bağlı məsələdir. Üstəlik, bunların qarşılığını da vermək olar. O vaxt makaron yox idi, indi makarondan, qarabaşaqdan, bulqurdan da hesablanıb qiymətindən vermək olar. Kim istəsə qida maddəsi ilə verə bilər, kim istəsə də pulu ilə. Qafqaz Müsəlmanları İdarəsi adambaşına minimum 10 manat fitrə tövsiyə edib. Məncə, uyğun rəqəmdir.

– Belə bir iddia da var ki, bayram axşamı evə qonaq gələrsə, onun fitrəsi də ev sahibinin üzərinə düşür…

– Xeyr, qonağın fitrəsi özünə aiddir. Əgər ev sahibi istəyirsə, qonağın da əvəzinə fitrə verə bilər. Amma belə bir məcburiyyət yoxdur.

– Fitrə ailə üzvlərinə görə çıxarılır. Əgər ailə üzvlərindən biri uzaqdadırsa, onda necə olur? Məsələn, ailə bölgələrimizdən birində, ailənin bir övladı Bakıda təhsil alırsa və yaxud ailənin bir üzvü səfərdədirsə?

– Ailə başçısı verə bilər. Verərsə, üzərindən götürülər. Yaxud, uzaqda olan şəxs özü də verə bilər. Hətta belə bir şey də var ki, məsələn, bayram namazına qədər övladın dünyaya gələrsə, onun da fitrəsi hesablanıb verilir. Sonra doğulsa, istəsən verərsən, istəsən yox.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…