- 10.04.2024 17:44
8 milyonluq kanalı oğurlandı – FOTO
Türkiyəli yutuber Ruhi Çenetin 8.67 milyon izləyicisi olan yutub kanalı oğurlanıb.
Proses.az olay-a istinadən bildirir ki, kibercinayətkarlar onun bütün videolarını silib. Bu barədə Ruhi instaqramın hekayə bölməsində paylaşım edərək “Kanalımız oğurlanıb. Bu saxta yayımlara inanmayın” yazıb.
Qeyd edək ki, bu addımı atan şəxslər kanalda hazırda canlı yayım həyata keçirirlər.