• 14.04.2024 15:49

Vəfa ərinin “Ağ şəhər“də aldığı lüks mənzilini ilk dəfə NÜMAYİŞ ETDİRDİ – VİDEO

Vəfa ərinin “Ağ şəhər“də aldığı lüks mənzilini ilk dəfə NÜMAYİŞ ETDİRDİ – VİDEO

Müğənni Vəfa Şərifova həyat yoldaşı iş adamı Famil Xəlilovun “Ağ şəhər” ərazisində qiyməti 350-450 min manat civarında aldığı çoxmərtəbəli premium yaşayış binasındakı evini nümayiş edib.

Proses.az Bizim.media-ya istinadən xəbər verir ki, neoklassik tərzdə dizayn edilmiş lüks mənzilinin qapılarını ilk dəfə sənətçi “Evdəkilərə salam” verilişi üçün açıb.

Dördmərtəbəli villadan yeni dəbdəbəli mənzilə köçən Vəfa hələ də bina evinə öyrəşə bilmədiyini söyləyib.

İki övlad anası olan Şərifova ondan bir neçə yaş böyük bacı və qardaşından da söz açıb. Müğənni bildirib ki, mütəmadi onlara maddi dəstək olur. Həm qardaşının həm də bacısının evli və ikisinin də iki övlad sahibi olduğunu vurğulayan Vəfa deyib ki, onların yaxşı şəraitdə yaşamaları üçün ev və avtomobil alıb. Şərifova bacı və qardaşının gözəl ailə başçısı olduğunu söyləyib.

Əslən Ağsudan olan, lakin Kürdəmirdə böyüyən ifaçı həyat yoldaşı F.Xəlilovdan da bəhs edib:

“Ailəmin bütün yükü mənim yox, ərimin üzərindədir. Uşaqlarımın gündəlik xərcləri və bu evin alınması, təmiri və s. heç birini mən etmirəm. Hamısını həyat yoldaşım edir.

Allah məni həyat yoldaşımla mükafatlandırıb. O mənim arxam, dayağım, hər dərdimi bölüşdüyüm, problemim olanda yanımda olan insandır. Bunu hamı da çox gözəl bilir.

Artıq 10 ildir ki, biz bir yerdəyik. O, mənim övladlarımın atasıdır. Bu cəhətdən də çox xoşbəxt və şanslıyam. Bir neçə dəfə olub ki, efirdə demişəm ki, xoşbəxt deyiləm.

Buna görə insanlar mənə irad bildiriblər. Ağıllı insan heç zaman deyə bilməz ki, mən tam xoşbəxtəm. Çünki bir gün olur ki, çox sevincli və xoşbəxt oluruq, növbəti gün isə deyirik ki, dünyanın ən bədbəxt insanıyıq. Yəni kiçik şeyləri böyüdə bilirik. Ona görə də tam xoşbəxtlik anlayışı yoxdur”.

Qeyd edək ki, F.Xəlilovla dini nikahda olan V.Şərifovanın bu evliliyindən Məryəm adlı bir qızı və Məhəmməd adlı bir oğlan övladı var.

DİGƏR XƏBƏRLƏR

Yeni təyin edilən sədr kimdir? – DOSYE

Yeni təyin edilən sədr kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. A.Mursaqulov 1981-ci ildə ildə anadan olub. 2003-cü…
Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin edib – Sərəncam

Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin…

Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki,…
Tanınmış cərrahı qətlə yetirən əri barədə QƏRAR…

Tanınmış cərrahı qətlə yetirən əri barədə QƏRAR…

Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Məhəmməd (Muhammet) Gündüzün barəsində olan hökmdən verilən kasassiya…
“Qarabağ” Nərimanın gedişindən nə qədər qazanacaq?

“Qarabağ” Nərimanın gedişindən nə qədər qazanacaq?

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə karyerasını MLS-in “Kolumbus Kryu” klubunda davam etdirəcək. Ağdam təmsilçisi də bu transferdən pul qazanacaq. MLS klubu…
Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki…
SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…