- 14.04.2024 16:05
İsrail bu gün İrana cavab zərbəsinə dair qərar qəbul edəcək
İsrail hökuməti bu gün İranın hücumu ilə bağlı cavab zərbəsinə dair qərar qəbul edəcək.
Proses.az APA-ya istinadən bildirir ki, bunu İsrail Ordusunun nümayəndəsi podpolkovnik Piter Lerner “Sky News”-a müsahibəsində bildirib.
Qeyd edək ki, İsrail Ordusu bu gün ölkə ərazisinə gecə hücumuna görə Hizzbullah Hərəkatının Livandakı böyük obyektinə zərbə endirildiyini açıqlayıb.