• 16.04.2024 17:25

Sabirabadda Anarla görüş keçirildi – FOTOLAR

Sabirabadda Anarla görüş keçirildi – FOTOLAR

Sabirabadda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib.

Proses.az xəbər verir ki, tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Azərbaycan Yazıçılar Birliyi, Regional Təhsil İdarəsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Xalq yazıçısı öncə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq tövsiyələri əsasında yaradılan “Hophopnamə” Kitab Mərkəzini ziyarət edib, ona Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Sabirabad rayon Mədəniyyət Mərkəzində baş tutan görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, yazarlar, mədəniyyət işçiləri, regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, gənclər, müəllim və tələbələr iştirak ediblər.

Tədbirin aparıcısı Ağalar Ağammədov görkəmli yazıçı və tanınmış ictimai xadim Anarın çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Xalq yazıçısı Anarı və qonaqları salamlayaraq dövlətimizin, Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verməsindən, ədəbiyyatımızın – yazıçı və şairlərin xalqın şüurunda milli hissiyyatları oyatmaq kimi böyük xidmətindən danışaraq Anar müəllimin bu sahədəki xidmətinin əvəzsizliyini qeyd edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza, nasir, tərcüməçi, dramaturq, şair Əyyub Qiyas, gənc şair, yazıçı, publisist, “525-ci qəzet”in Mədəniyyət şöbəsinin müdiri Nadir Yalçın çıxış edərək, böyük həyat məktəbi, zəngin yaradıcılıq yolu keçən Anarın Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafında və təbliğində əvəzsiz xidmətlərindən söz açıblar, onun əsərlərinin xalqımızın mənəviyyatının zənginləşməsində, mədəni inkişafında, milli özünüdərkində mühüm rol oynadığını bildiriblər.

Çıxışçılar həmçinin “Günlərdən şeir” layihəsi çərçivəsində öz yaradıcılıqlarından müxtəlif şeirlər səsləndiriblər.

Təntənəli şəkildə qeyd olunan tədbirdə təşkil olunmuş musiqi proqramı da qonaqların və iştirakçıların zövqünü oxşayıb. Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin ifasında “Sənə də qalmaz”, “Ala gözlüm”, “Aman Ayrılıq”, “Ay Laçın” mahnıları səsləndirilib.

Qarşılıqlı söhbət şəklində təşkil olunan tədbirdə Xalq yazıçısı Anar keçdiyi həyat yolundan, Ulu öndər Heydər Əliyevlə, eyni zamanda Şuşa şəhəri ilə bağlı ən zəngin xatirələrindən söhbət açıb, maraqlı məqamlara toxunub, ədəbiyyat, söz, sənət, mədəniyyət haqqında, həmçinin əsərləri və yaradıcılığı ilə bağlı sualları əhatəli şəkildə cavablandırıb.

Yazıçı maraqlı müzakirələrlə yaddaqalan görüşə görə təşkilatçılara təşəkkür edib, səslənən xoş fikirlərə görə minnətdarlığını bildirərək, eyni zamanda “Hophopnamə” Kitab Mərkəzinin yaradılmasının regionda mədəni mühitin canlanması istiqamətində atılan mühüm addım olduğunu da vurğulayıb.

Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək, dəvəti qəbul edib oxucularla görüşə gəldiyi üçün Xalq yazıçısına təşəkkürünü bildirib.

Region sakinləri tərəfindən böyük maraqla qarşılanan görüş xoş əhval-ruhiyyə ilə başa çatıb, yazıçı ilə xatirə şəkilləri çəkdirilib.

Tədbirdən sonra Xalq yazıçısı Anar yazıçı-şairə Nisə Bəyimin məzarını ziyarət edib, öz ehtiramını ifadə edib.

 

DİGƏR XƏBƏRLƏR

Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq

Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq

Rusiyanın Novosibirsk şəhərində 36 yaşlı Natalya Ustinovanın qətli ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb. Proses.az lent.az-a istinadən bildirir…
“Bütün ölkə mənim dodaqlarımdan DANIŞIR” – VİDEO

“Bütün ölkə mənim dodaqlarımdan DANIŞIR” – VİDEO

Aparıcı Nigar Fərhad açıqlaması ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, o, müzakirələrə səbəb olan etdirdiyi dodaq dolğusundan danışıb. “Bütün…
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq

İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq

Aparıcı İlqar Mikayıloğlu yeni mövsümdən etibarən ekranlara qayıdır. Proses.az olay-a istinadən xəbər verir ki, o, ARB TV-də “Günə bax” adlı…
Qızının Alim Qasımovla paylaşımı – FOTO

Qızının Alim Qasımovla paylaşımı – FOTO

Xalq artisti Alim Qasımovun qızı Dilruba Qasımova paylaşımı ilə diqqət çəkib. Medianews.az olay-a istinadən bildirir ki, instaqramda yayımladığı fotoda sənətkar…
“Anam üçüncü dəfə övlad itkisi yaşadı”

“Anam üçüncü dəfə övlad itkisi yaşadı”

“Canım qardaşım, 40 gündür ki, bizdən ayrılmısan. Evin hər yerində, gözümüz səni axtarır… Sənin vəfatınla anamız üçüncü dəfə övlad itkisini…
Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icra kimə tapşırıldığı məlum olub. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu…
Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?

Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?

Noyabr ayında Bakıda keçiriləcək COP29 sammiti müddətində ümumi orta təhsil müəssisələrində payız tətilinin elan olunacağı, ali təhsil və peşə məktəblərində…
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

Son günlər əhali arasında kəskin baş-boğaz ağrısı, qızdırma, ürəkbulanma ilə müşahidə edilən xəstəlik yayılıb. Bu xəstəliyə həm uşaqlarda, həm də…
Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib – FOTO

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə əlaqədar Instagram hesabında paylaşım…
İsti yaydan sonra dəhşətli soyuqlar gəlir? – Vacib məlumat

İsti yaydan sonra dəhşətli soyuqlar gəlir? – Vacib məlumat

Araşdırmalar bu il dünyada ən isti yay fəslinin olduğunu ortaya çıxarıb. Adətən, insanlar yay qızmar keçəndə, qışın da sərt olacağını…
Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu

Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu

Aksizsiz malları və dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib. Proses.az xəbər verir…
“Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim” – 6 uşaq anasının məhkəməsi

“Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim” – 6 uşaq…

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.1-1-ci (külli miqdar narkotik vasitəni saxlama, daşıma, emal etmə)…
Ağayevin vəkilindən SƏRT SÖZLƏR: “Medera Hospital” bu görüntüləri…

Ağayevin vəkilindən SƏRT SÖZLƏR: “Medera Hospital” bu görüntüləri…

Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”ı məhkəməyə verməsinin detalları məlum olub. Sənətçinin vəkili Asif Mustafayev Oxu.Az-a açıqlama verərək A.Ağayevin hospitalı…
“Gələn həftədən həyatımda yeni səhifə açacağam“

“Gələn həftədən həyatımda yeni səhifə açacağam“

“Gələn həftədən həyatımda yeni səhifə açacağam”. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) deyib. O bildirib ki,…
Mehriban Ələkbərzadə Rozanın oğulluğunu işdən çıxardı

Mehriban Ələkbərzadə Rozanın oğulluğunu işdən çıxardı

Akademik Milli Dram Teatrının direktoru Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarıb. Medianews.az pravda.az-a istinadla xəbər verir ki, bu barədə…