• 17.04.2024 12:37

Şuşanın, Xankəndinin azad olunması qədər mühüm hadisə – Ruslar Qarabağdan gedir

Şuşanın, Xankəndinin azad olunması qədər mühüm hadisə – Ruslar Qarabağdan gedir

Şuşanın, Xankəndinin azad olunması qədər mühüm hadisə – Ruslar Qarabağdan gedir

Dünəndən başlayaraq Qarabağda yerləşən Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk etməyə başlayıb. İlkin olaraq Kəlbəcərdə yerləşən Xudavəng monastırının mühafizəsini təşkil edən sülhməramlı kontingent ölkəmizi tərk etmək üçün hərəkətə başlayıb. Artıq Azərbaycan polisi Xudavəng monastırının mühafizəsini özü təşkil edir.

Bu hadisə çox böyük tarixi bir hadisədir. Bu gün dünya siyasi və hərbi arenasında vəziyyət hər an daha da gərginləşmə istiqamətdə irəliləyir. İran – İsrail münasibətləri ən gərgin həddə çatıb, müharibənin başlaması an məsələsidir. Rusiya – Ukrayna müharibəsi sonu görünməyən bir uçuruma doğru gedir. Fransa başda olmaqla bir çox dövlətlər Ermənistana siyasi və hərbi dəstək verib yenidən Azərbaycanla müharibə aparacaq vəziyyətə gətirməyə çalışır. Belə gərgin bir dönəmdə Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi elə Şuşanın, Xocalının, Xankəndinin və digər şəhərlərimizin azad olunması qədər böyük tarixi əhəmiyyətə malikdir.

Hələ ki, bu hadisə ilə bağlı nə Azərbaycan nə də Rusiya tərəfindən rəsmi məlumat açıqlanmayıb, amma fakt ortadadır. İlkin olaraq belə qənaətə gəlmək olar ki, Sülhməramlı kontingent ölkəmizi mərhələli şəkildə tərk edəcək.

Bir məsələni də xüsusi vurğulamaq yerinə düşər ki, bu il Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Bu baxımdan da ölkə ərazisindən sülhməramlıların çıxarılması Azərbaycan hakimiyyətinin seçki öncəsi qələbəsi kimi qiymətləndirilməlidir. Bundan əlavə Azərbaycanın bəzi müxalifət partiyaları aprel ayının 21-də mitinq keçirəcəklərini elan edib. Həmin mitinqin şüarlarından biri də sülhməramlılar məsələsidir. Bu məqamda sülhməramlı məsələsinin həlli onsuz da mitinq üçün mövzu tapmaqda çətinlik çəkən aksiyaçıların əllərində olan daha bir ”mövzu” da azalmış olur. İndi aksiyaçılar yeni bir “mövzu” axtarışına çıxmalıdır. Birini mən deyim, əgər səsləndirmək cürətləri varsa səsləndirsinlər. Aksiya üçün onlara maddi və mənəvi dəstək verən Fransa və digər dövlətlərdən soruşa bilərlər ki, nə üçün Ermənistanı silahlandırırlar?

Bundan başqa müharibə bitdikdən sonra bir çoxları qələbəmizi həzm edə bilmirdi, rus sülhməramlılarının ölkəmizə girdikdən sonra buranı tərk etməyəcəyini, daimi olaraq Azərbaycanda qalacağını və bir növ Azərbaycanın işlərinə qarışacağını deyirdilər. Bu hadisə həm də onlara bir cavabdır.

Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsinin daha bir önəmi ondan ibarətdir ki son 200 ildə demək olar ki, Azərbaycanın tam ərazisi ilk dəfə olaraq hərbi qüvvələrimizin nəzarətində olacaq. Tarixin xronologiyasına nəzər yetirsək görərik ki son iki əsrdə ölkəmizdə daim hansısa qonşu dövlətin hərbi qüvvələri bu və ya digər şəkildə fəaliyyətdə olub. Artıq həmin xronologiya da sona çatır… Bu qələbə düzgün siyasi xətt yürüdən Ali Baş Komandan İlham Əliyevin və onun arxasında dayanan Azərbaycan xalqının qələbəsidir.

Rəhman Bayramov
Proses.az xəbər portalının baş direktoru

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…