- 25.04.2024 10:29
Baş pediatrın dəfn olunacağı yer açıqlandı
Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq.
Proses.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, Nəsib Quliyevin Görədildə yaşadığı mənzildə meyiti aşkarlanmışdı.