• 06.05.2024 14:12

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Əhməd Cavad ömrünü Azərbaycan xalqına həsr edib. Əlbəttə ki, o illər çətin dövrlər idi. Zamanın çətinliyinə baxmayaraq, öz həyatını Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı üçün qurban verib. Özünü ən yüksək zirvələrə ucaldıb. Onun adını yaşatmaq mənim üçün böyük qürurdur. Mən sovet illərində təhsil almışam. Hər dəfə müəllimlərim bütün uşaqları toplayıb deyirdilər ki, bu oğlan himnimizin sözlərinin müəllifi Əhməd Cavadın nəticəsidir. Uşaq idim, amma qürur duyurdum. Mən Əhməd Cavadın “Göygöl” şeirini sevirəm. Babam məhz həmin şeirə görə həbs olunmuşdu. “Ey əsgər” şeiri də Əhməd Cavad yaradıcılığının ən yaxşı şeirlərindəndir. 132 yaşına qədəm qoydu. Hər zaman onu dərin ehtiramla yad edirik. Onu bu gün nəinki ailəsi, bütün Azərbaycan yada salır, xatırlayır”.

Proses.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Əhməd Cavadın nəticəsi Cavad Axundzadə deyib.

O, daha sonra nənəsi Şükriyyə xanımı xatırlayıb və onun acınacaqlı həyatından bəhs edib.

“Əhməd Cavadın adını daşıyıram. Bu adı mənə Şükriyyə nənəm verib. Hamı ona Əhməd Cavad deyir, amma ailəmiz ona Cavad baba deyib. Evdə Cavad babanın sevgisi ilə böyümüşük. Ailəmiz Şükriyyə nənəmin evində onunla birgə yaşayıblar. Həmişə çalışıram ki, nənəmin mənə verdiyi bu adı doğruldum. Uşaq olandan nənəm mənə Əhməd Cavadın şeirlərini sevdirib. Mənə “Cavad, Cavadım” deyə müraciət edirdi. Çalışırdı ki, çətin günlərindən danışmasın. Amma hadisələr yadına düşəndə xatırlamadan keçə bilmirdi. Əlbəttə ki, bu, onun üçün çətin idi. Bir dəfə Şükriyyə nənəmə sual verdim ki, Stalin kim olub? O zaman 12 yaşım var idi. Nənəm haldan-hala düşdü, nəfəsi sanki düyünləndi. Dedi ki, onun adını çəkmə! Həmin hadisə yadıma düşəndə hələ də özümü bağışlaya bilmirəm. Nənəm Qazaxıstanın Akmola düşərgəsinə sürgün olunmuşdu. Həmin düşərgədə repressiya olunmuş ailələrin qadınları saxlanılırdı. Ora əmək düşərgəsi idi. Nənəm bir gün qamış toplamağa gedir. Görür ki, qarın içərisində itlər nəyisə öz aralarında bölüşdürə bilmir, yemi bölə bilmirlər. Bir az qabağa gedən kimi görür ki, yeni doğulmuş körpə cəsədidir. Sən demə düşərgədə hansısa qadın çətin şərait içərisində ana olur. Az keçmir ki, körpə ölür. Nəzarətçilər də bu körpəni çölə tullayırlar. Həmin hadisədən nənəm çox sarsılır. Bu, onun sinir sisteminə də təsirsiz ötüşmür. Ona görə də Stalinin zülmündən danışmağı sevmirdi, haldan-hala düşürdü. Şükriyyə nənəm ömrünün son illərini Şəmkirdəki evində keçirdi. Yay tətillərində, xüsusi bayramlarda onun yanına gedib qalırdım. Onun kimi güclü qadının tərbiyəsini almaq mənə nəsib olub. O dünyasını dəyişəndə 13 yaşım var idi. Amma buna baxmayaraq, xatirələrim çoxdur. Çox ağır həyat yolu keçmişdi, ömrü boyu da haqsızlığa qarşı mübarizə aparmışdı. Nənəm sürgündə olanda 5 övladından uzaq düşür. O illərdə övladlarının hərəsi bir internata verilir. İkinci Dünya müharibəsi başlayanda böyük oğulları Niyazi və Aydın babam cəbhəyə yollanırlar. Kiçik oğulları Yılmazı da kənd camaatı böyüdür. Şükriyyə nənəm sürgündən qayıdan günədək Əhməd Cavadın uşaqlarına sahib çıxırlar”, – deyə Cavad Axundzadə bildirib.

DİGƏR XƏBƏRLƏR

Aygün Bəylərin məzarüstü abidəsi ucaldıldı – FOTO

Aygün Bəylərin məzarüstü abidəsi ucaldıldı – FOTO

Əməkdar artist Aygün Bəylərin məzarı üstündə abidəsi ucaldılıb. Proses.az Bakuplus.az-a istinadən xəbər verir ki, məzarüstü abidə bu gün Suraxanı qəbiristanlığında…
Efirdəki hərəkətə görə cəzalandırıldılar

Efirdəki hərəkətə görə cəzalandırıldılar

Xəbər verdiyimiz kimi, ötən ay Əməkdar artist İlkin Əhmədova “7 Tamam” proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumat…
Bakıda məşhur aktyorun avtomobilini YARARSIZ HALA SALDILAR – VİDEO

Bakıda məşhur aktyorun avtomobilini YARARSIZ HALA SALDILAR – VİDEO

Bakıda məşhur aktyorun avtomobilini YARARSIZ HALA SALDILAR – Maşını görəndə ŞOK KEÇİRDİ + VİDEO Rejissor-aktyor Ramin Hacıyevin başına iş gəlib.…
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib. Proses.az APA-ya istinadən bildirir ki, S. Hacıyev bu gün Bakıdakı meydançaların birində…
Tramp Ağ Evdə Baydenlə görüşüb – FOTO

Tramp Ağ Evdə Baydenlə görüşüb – FOTO

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə gələrək hazırki prezident Cozef Baydenlə görüşüb. “Report” bu barədə “Reuters”ə istinadən xəbər…
Prezidentin bu çıxışını bütün salon alqışladı – VİDEO

Prezidentin bu çıxışını bütün salon alqışladı – VİDEO

“Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi…
Dünya liderləri Bakıda Üzeyir Hacıbəylinin romansına valeh oldular – GÖRÜNTÜLƏR

Dünya liderləri Bakıda Üzeyir Hacıbəylinin romansına valeh oldular –…

Dünən  Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Mərasim çərçivəsində…
Azyaşlı xanəndə səsi ilə sammitdəki liderləri valeh etdi:MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Azyaşlı xanəndə səsi ilə sammitdəki liderləri valeh etdi:MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Dünən Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Mərasim çərçivəsində…
Azərbaycanlı COP29 könüllüsü isveçli təxribatçıya cavab verdi

Azərbaycanlı COP29 könüllüsü isveçli təxribatçıya cavab verdi

Azərbaycanlı COP29 könüllüsü Nigar Quliyeva ölkəmizin uğurlarını gözü götürməyən beynəlxalq dairələrin ruporu və onların maraqlarının girovuna çevrilmiş bəzi şəxslərə tutarlı…
“Aysun, Türkan, Nəfəs və Vəfa evimdə qalıb, mənə SAXTAKARLIQ ETDİLƏR” – VİDEO

“Aysun, Türkan, Nəfəs və Vəfa evimdə qalıb, mənə SAXTAKARLIQ…

Müğənni Mehriban Qənbərova eks rəfiqələri, müğənnilər Aysun İsmayılova, Nəfəs, Türkan Vəlizadə və Vəfa Şərifova haqda qalmaqallı açıqlamalar edib. “Xəbərin var?” verilişində…
“Bu şəxslər aliment ödəməyə bilərlər” – AÇIQLAMA

“Bu şəxslər aliment ödəməyə bilərlər” – AÇIQLAMA

Fiziki və əqli qüsurlu şəxslərin aliment məsələsi hüquqi baxımdan xüsusi yanaşma tələb edir, çünki onların fəaliyyət qabiliyyəti və gəlir əldə…
“Mən dayıma aşiq olmuşdum, hətta toyumda onu …” – gözlənilməz ETİRAF – VİDEO

“Mən dayıma aşiq olmuşdum, hətta toyumda onu …” –…

“Siz heçmi məktəbdə müəllimənizə aşiq olmamısınız? Mən uşaqlıqda dayıma aşiq idim”. Proses.az titul.az-a istinadən xəbər verir ki, bu etirafı efirdə aparıcı…
Qəzada həlak olan qadın müəllim imiş – Foto

Qəzada həlak olan qadın müəllim imiş – Foto

Xəbər verdiyimiz kimi, noyabrın 9-da Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. Proses.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iki avtomobilin toqquşması…
“Mən sənətdə olanda heç Namiq yox idi”

“Mən sənətdə olanda heç Namiq yox idi”

“Mən Namiq sənətdə olanda o biri Namiq (meyxanaçı Namiq Qaraçuxurlu – red.) yox idi. Sonradan gəlib”. Bu sözləri Namiq Məna…
Aytən Səfərovadan həmin hərəkətini tənqid edənlərə CAVAB

Aytən Səfərovadan həmin hərəkətini tənqid edənlərə CAVAB

Bir neçə gün əvvəl təbaşir yeməsi ilə gündəmə gələn aparıcı Aytən Səfərova tənqidlərə cavab verib. Aparıcı “@axsamaz” instaqram səhifəsində ünvanına…