- 06.05.2024 14:27
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” – Polis hərəkətə keçdi
Həyat yoldaşının boşanmasını qəbul etməyən kişi Bakıda yerləşən qadın və uşaq sığınacağını partaladacağını və aparıcı Zaur Baxşəliyevi güllələyəcəyini deyib.
Proses.az oxu.az-a istinadən bildirir ki, bu haqda “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
Şəxs vaxtilə sığınacaqda qalmış həyat yoldaşının qisasını Mehriban Zeynalovaya məktub yazmaqla ifadə edib. Şəxs həmçinin, Zaur Baxşəliyevin onun ailəsini dağıtmaqda ittiham edib.
Saytımıza danışan birlik sədri bildirib ki, artıq polis tərəfindən məsələyə müdaxilə edilib və şəxsə xəbərdarlıq edilərək, izahatı alınıb. O içkili olduğunu deyib. Bildirilib ki, sığınacağı hədələyən kişinin həyat yoldaşı 2 il əvvəl ondan boşanıb, kişi qadını təqib elədiyi üçün qadın yerini bildirmir, gizli saxlayır.
Sığınacağın rəhbəri sonda qeyd edib ki, Daxili İşlər Nazirliyin əməkdaşları bu kimi halların qarşısını almaqçün gündə 3 dəfə qadınların qorunduğu məkanda yoxlanış aparır, problem yaranan kimi müdaxilə edirlər.