• 11.05.2024 12:21

Sənədsiz evdə yaşayan sakinlərin NƏZƏRİNƏ: “Portal açılacaq”

Sənədsiz evdə yaşayan sakinlərin NƏZƏRİNƏ: “Portal açılacaq”

Ölkədə aktual məsələlərdən biri sənədsiz, “kupça”sız fərdi yaşayış evlərinin qeydiyyata alınması ilə bağlıdır. Səsləndirilən fikirlərə görə, Azərbaycanda yarım milyona yaxın fərdi yaşayış evinin çıxarışının olmadığı deyilir. Bu evlərin sənədləşdirilməsi yolunda müəyyən addımlar atılsa da, məsələ tam həllini tapmayıb.

Sənədsiz evi olanlar hara müraciət etməlidir?

Proses.az bildirir ki, məsələ ilə bağlı Lent.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov qeyd edib ki, sənədsiz evlərin məlumatlar eyni qaydada olmadığına görə, nəticə əldə etmək mümkün olmadı:

“Bu mövzunun dərin bir kökü var. Sovet hökuməti yaranan vaxtdan qanunsuz tikililər yaranmağa başladı. Bakı sənaye şəhəri olduğuna görə daim inkişaf edirdi. Bir çox regionlardan əhalinin daim axını olurdu. Bu səbəbdən yaşayış yeri olmadığı üçün qanunsuz tikililər ərsəyə gəlirdi.

Bakı ərazisində təxminən 600-700 min civarında qanunsuz tikilən yaşayış evi mövcuddur. Əgər kənd ərazilərinə də buna qatsaq, say milyonu keçəcək. Bakı və böyük şəhərlərdə hazırda qanunsuz tikililərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir. Təxminən 2019-cu ildən hökumət bu istiqamətdə müəyyən addımlar atır. 2020-ci ilin əvvəllərində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir konsepsiyanın hazırlanması bəyan edilmişdi. Hər rayon icra hakimiyyəti öz ərazisində olan tikililərin qeydiyyata alınmasına başladı. Lakin pandemiya dövrü olduğuna və nəticə etibarı ilə yığılan məlumatlar eyni qaydada olmadığına görə, nəticə əldə etmək mümkün olmadı”.

Ekspert bildirib ki, bu ilin sonlarına yaxın bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi ilə bağlı portalın fəaliyyətə başlayaq:

“2023-cü ilin yanvar ayının axırında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən birgə layihənin hazırlanmasıyla bağlı ictimaiyyətə açıqlama verildi. Gələcəkdə bir portal üzərindən bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi, eyni zamanda sənədsiz evlərin də ilkin qeydiyyatı və amnistiya olunması məsələsi bu portal üzərindən aparılacaq. Lakin bu proses çox qəliz olduğuna görə hələ də bitməyib. Çünki burada müvafiq qanunların və normativlərin də prosesə uyğun olması vacibdir. Hazırda bu istiqamətdə iki qurum tərəfindən işlər. Çox ehtimal ki, 2024-cü il ərzində bu portal ictimaiyyətə təqdim olunacaq. Amnistiya qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək”.

DİGƏR XƏBƏRLƏR

Leysan Məmmədova vəzifə verildi

Leysan Məmmədova vəzifə verildi

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib. Proses.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Məmmədov Leysan Novruz…
Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur. Proses.az xəbər verir ki, bunu Report-a “Konstitusiya Araşdırmaları…
İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb. Bu barədə “Report”a aktrisanın qızı Nigar Tofiq məlumat verib. Onun…
“Roşka” yenidən həbs olundu

“Roşka” yenidən həbs olundu

O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi…
Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib. Proses.az-a bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Xatırladaq ki,…
Erməni jurnalistin bu sualı Zaxarovan özündən çıxardı

Erməni jurnalistin bu sualı Zaxarovan özündən çıxardı

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına emosional reaksiya verib. Trend rus KİV-lərinə istinadən xəbər…
Həmin partlayışda ölən şəxsin qardaşı hadisədən DANIŞDI – VİDEO

Həmin partlayışda ölən şəxsin qardaşı hadisədən DANIŞDI – VİDEO

Mənə birdən xəbər gəldi ki, qardaşımgilin evində partlayış olub. Proses.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağcabədidə baş…
“Əlimlə qəbirə qoymağımı özümə bağışlaya bilmirəm” – VİDEO

“Əlimlə qəbirə qoymağımı özümə bağışlaya bilmirəm” – VİDEO

Müğənni Əlikram Bayramov “Rəngarəng”in qonağı olub. Sənətçi anasına yada salaraq göz yaşları töküb. Bayramov dünyasını dəyişən anasının onu son anda…
İrəvan meriyasında gərgin anlar – Deputatlar əlbəyaxa oldu – VİDEO

İrəvan meriyasında gərgin anlar – Deputatlar əlbəyaxa oldu –…

İrəvan meriyasında əlbəyaxa dava baş verib Ermənistanın paytaxtında İrəvan Ağsaqqallar Şurasının iclası gərgin anlar yaşanıb. Nəqliyyat tariflərinin müzakirəsi zamanı deputatlar arasında…
Ağcabədidə qumbara partlayan evdən VİDEO

Ağcabədidə qumbara partlayan evdən VİDEO

Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Proses.az Trend-ə istinadən xəbər verir ki, baş verən parlayış…
“Nikosayağı”dan gözlənilməz addım: “İnstaqram”da paylaşım etdi – FOTO

“Nikosayağı”dan gözlənilməz addım: “İnstaqram”da paylaşım etdi – FOTO

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin instaqram hesabında uzun müddət sonra status paylaşılıb. Statusda bundan sonra səhifəni qardaşı Nihat…
Xoşxassəli beyin şişlərinin əməliyyatı pulsuzdur – AÇIQLAMA

Xoşxassəli beyin şişlərinin əməliyyatı pulsuzdur – AÇIQLAMA

Beyin şişləri beyindəki toxuma, sinir, qişa və damarlardan, eləcə də beynin endokrin və limfatik strukturlarından inkişaf edən yenitörəmələrdir. Bu şişlər…
Həyat yoldaşı Niyazi Mehdidən danışdı – Ayağı kəsilə bilər

Həyat yoldaşı Niyazi Mehdidən danışdı – Ayağı kəsilə bilər

Xəbər verdiyimiz kimi, tanınmış filosof-kulturoloq Niyazi Mehdi Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Proses.az xəbər verir ki, Dilarə Mehdi Teleqraf.com-a…
Bir qrup gəncə Prezident mükafatı verilib – SƏRƏNCAM

Bir qrup gəncə Prezident mükafatı verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Proses.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama…
Xanım jurnalistə bu universitetdə vəzifə VERİLDİ

Xanım jurnalistə bu universitetdə vəzifə VERİLDİ

Naxçıvan Dövlət Universitetinə yeni mətbuat katibi təyin edilib. Kifayət Mahmudova Universitetin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə gətirilib. Müvafiq…