- 17.05.2024 12:15
Azərbaycanda polis qəzada vəfat etdi – FOTO
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Toyota Prado” markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.
Proses.az Oxu.az-a istinadən xəbər verir ki, qəzada aldığı xəsarətlərdən vəfat edən 1986-cı il təvəllüdlü Ramil Nurəddin oğlu Əsgərov Hacıqabul Rayon Post-Patrul (PPX) Xidmətinin rəisi olub.
Faktla bağlı araşdırma aparılır.
Vəfat edən polisin görüntüsünü təqdim edirik: