• 19.05.2024 17:46

Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü – 25 min manat itirdi- ŞOK FAKTLAR

Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü – 25 min manat itirdi- ŞOK FAKTLAR

Kiber cinayətkarlıq –  sosial şəbəkələrdə dələduzluq, talama halları hər ötən gün daha da  genişlənir, onlarla vətəndaş dələduzluq hallarının qurbanı olur.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatdan aydın olur ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılır.

Daxili İşlər Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, vətəndaşlar hər ötən gün kibercinayətkarların tələlərinə düşür.

Musavat.com-a müraciət edən Elnur Hüseynli də kibercinayətkarların qurbanlarındandır. Onun sözlərinə görə 9 noyabr 2023-cü ildə WhatsApp vasitəsi ilə ona bir mesaj gəlib: “Mesajda “Alibaba tacirləri ilə əməkdaşlıq etdiyimiz ED-Shop şirkətimiz populyarlığını artırmaq üçün ödəməyə hazırdır, ona görə də biz 2 tapşırığı yerinə yetirmək üçün 2 manat ödəyirik, siz gündə 350-550 manata qədər qazana bilərsiniz” qeydi vardı.

Qeydiyyat üçün yaş göstərilməli və Telegram hesabının olmasının vacibliyi vurğulanırdı. Bundan sonra dərhal 2 tapşırıq verildi. Tapşırıqları link olaraq göndərdi. Linkə daxil olarkən “Alibaba” saytına keçid alaraq hansısa bir məhsul açılırdı və o məhsulu bəyənib, telefonun ekran görüntüsünü alıb, onlara göndərməliydim. Bu iki tapşırığı yerinə yetirdikdən  sonra bir nəfərin telegram səhifəsini göndərdi və onunla işləyəcəyimi söylədi. Telegram səhifəsinə daxil olub, həmin şəxsə yazdım. Mənə bir qrup səhifəsinə daxil olmağımı tapşırdı və link göndərdi. Qrupa daxil oldum, mənə bildirildi ki, tapşırıqlar 10 noyabr 2023-cü ildə saat 10:20-də başlayacaq. Belə də oldu – tapşırıqları bir- bir icra etməyə başladım. Hər 4-cü tapşırıqda depozit kimi pul köçürürdüm. Daha sonra bir link göndərildi ki, o saytdan qeydiyyatdan keçməliyəm. Sayt özlərinə məxsus idi. Qeydiyyatdan keçəndən sonra ödədiyim pulu ora yüklədilər”.

Elnur Hüseynlinin sözlərinə görə sonra saytdan bir məhsul alıb qarşı tərəfin qeyd elədiyi ünvanı seçib: “Tapşırıqları icra edəndən sonra depozit kimi köçürdüyüm pulu qaytarmalıydılar və üstündə də yatırdığım depozitin 25-30 faizini yerinə yetirdiyim 4 tapşırığa görə hər biri 2 manat ödəməli idilər. Köçürmələri “M10” hesaba etməliydilər. Amma dedilər ki, 4-cü tapşırıq 2 ya 3 mərhələdən ibrət olur və bu mərhələdə  101 manat da  köçürməliyəm. Bu məbləği də hesablarına köçürdüm.  Yenidən 980 manat köçürmə etməli olduğumu dedilər”.

Elnur Hüseynli bildirib ki, bu məbləği də ödədikdən sonra 3500 manat köçürmə etməli olduğunu deyiblər: “Bu məbləği də 2 dəfəyə ödədim. Yenə də yazdılar ki, xətaya yol vermişəm, daha sonra 700, 700, 700, 1507.5, 1507.5, 1005, 1005 manat  məbləğdə köçürmələr elədim. 11 noyabr 2023-cü ildə 4 min 422 manat köçürmə etdim. 2 gün sonra,  13 noyabr 2023-cü ildə “M10” hesablarına 3600 manat köçürmə etdim. Bu köçürməni edəndən sonra mənə vergi ödəməli olduğumu dedilər. Bundan sonra tapşırdılar ki, yenə mal seçim, pul köçürüm.  “M10” hesablarına  4 min 103  manat köçürmə etdikdən sonra  Telegram hesabındakı  bütün yazışmaları sildilər və məni blok elədilər”.

Elnur Hüseynli ümumilikdə 25 min manatdan artıq pul itirib. Hazırda onun şikayəti üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

İlham Əliyevin Xankəndidə tələbələrlə görüşündən – FOTOLAR

İlham Əliyevin Xankəndidə tələbələrlə görüşündən – FOTOLAR

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı…
Prezident Qarabağ Universitetində çıxış etdi – VİDEO

Prezident Qarabağ Universitetində çıxış etdi – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı…
Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…