- 21.05.2024 12:02
Azərbaycanda vəzifəli şəxs 50 min manat cərimələndi
“PSG Finans” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin vəzifəli şəxsi cərimələnib.
Proses.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, AMB tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbinin pozulduğu məlum olub. İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddəsinə müvafiq olaraq “PSG Finans”ın vəzifəli şəxsi Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 50 min manat məbləğində cərimə edilib.
Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla “Practical Solutions Middle East FZ” şirkəti, 12.5%-lik payla Faiq Məmmədov və “Chaparxana KFT” şirkətidir.