- 21.05.2024 13:04
Türkiyəli ekspert nöqtəni qoydu: “Raketlə …”
İran prezidentini və onun heyətini daşıyan helikopterin qəzaya uğraması hələ də bir saylı müzakirə mövzusudur. Dünyanın bütün media quruluşları, beyin mərkəzləri, ekspert və düşünürləri bu barədə danışır, yazır, müxtəlif iddialar üzrə qızğın müzakirələr aparırlar.
Musavat.com xəbər verir ki, bu müzakirələrdən birinə də Türkiyəli ekspert İlyas Bozkurt qoşulub. O, helikopter qəzasını belə şərh edib:
“Səfər planı əvvəlcədən hazırlanır. Əgər havada hər hansı dəyişiklik varsa, müvafiq quruma məruz edilir. “Bell 412” helikopterləri 1979-cu il üçün müasir olsa da, 2024-ci il üçün çox köhnədir.
Helikopter yerə düşüb. Və yerə dəydikdən sonra yanmağa başlayıb. Raketlə vurulsa idi, tamam fərqli mənzərə olardı”.