- 22.05.2024 10:14
Baş Prokurorluqdan Sumqayıtda ana və uşaqlarının zəhərlənməsi ilə bağlı AÇIQLAMA
Sumqayıt şəhərində dörd nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 21-də Sumqayıt şəhərində ana və üç azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.