• 22.05.2024 14:23

Bacısı da Şəhriyarın fikirlərinə reaksiya verdi: “Qadın bir iş görəndə…” – FOTO

Bacısı da Şəhriyarın fikirlərinə reaksiya verdi: “Qadın bir iş görəndə…” – FOTO

Azərbaycan qadın şahmat millisinin üzvü Zeynəb Məmmədyarova qardaşı, kişi şahmat yığmamızın üzvü Şəhriyar Məmmədyarovun “qadınlar hər sahədə kişilərdən geridədir” fikrinə münasibət bildirib.

Proses.az bildirir ki, “Qafqazinfo”ya açıqlama verən Zeynəb Məmmədyarova qardaşı ilə razılaşdığını bildirib. O qeyd edib ki, istənilən sahədə güclü kişilər güclü qadınlardan daha çoxdur:

“Mən Şəhriyarın fikirləri ilə razıyam. Hər insanın düşüncəsi, fikri, məqsədi fərqlidir və ümumi deyilən sözü hər kəs başqa cür yozur. Sadəcə Şəhriyar o fikirləri elə deyə bilərdi ki, xanımlarımız inciməsinlər. Düşünürəm ki, kişilərin uğurlarının arxasında xarakteri güclü olan qadınlar dayanır. Əgər kişinin fikrini tamamlayan qadınlar olmasa, onlar da ideal nəticələr göstərə bilməzlər. Şəhriyarla niyə eyni düşüncədə olduğuma aydınlıq gətirim. Belə ki, uğurlarımızda atamın rolu böyük olub, onun düşüncələri önəmli yerə sahibdir. Onun qurduğu planlar, cızdığı yol bizə təsir edib. Amma atam bunları qətiyyən təkbaşına həyata keçirə bilməzdi. Onun fikirlərini diqqətlə, hörmətlə, qayğıyla dəstəkləyən anam olub. Əgər anamın fikri başqa cür olsaydı, atamın dedikləri ilə razılaşmasaydı, desəydi ki, gəl uşaqları başqa sahəyə yönləndirək, narazılıq olsaydı, hər gün valideynlərimiz arasında fikir ayrılığı olsaydı, ikisi də bizi şahmatda dəstəkləməsəydi, belə nəticələr olmazdı.

Biz həyatda mübarizə aparmışıq, şahmatda yaxşı olmaq üçün saatlarla məşq etmişik. Bizim başımızın üstündə rəhbər olaraq atam dayanıb, anam isə ona dəstək olub. Məsələn, anamız qoymazdı ki, atamdan icazəsiz nəsə edək. Heç vaxt belə bir şey olmayıb. Atamla anam işlərini elə qurublar ki, nəticədə biz də düzgün yolda olmuşuq. Əgər biz məşqlərdən yorulanda anamıza deyib həyətə düşsəydik, filmə baxsaydıq, uğurumuz da olmazdı. Uğur qazanmaq üçün valideynlərim sərt üzlərini göstərə bilib. Düşünürəm ki, atamın uğurları bizlərik, Şəhriyardır və bizik. Şəhriyar böyük hörmətə sahibdir, bir çox ölkələrdə tanınır.

Ölkəmiz günü-gündən inkişaf edir, dünyaya göstərdik ki, necə güclü ölkəyik. Dövlətimizin gücünü hər kəs gördü. Ölkə rəhbərliyinə baxsaq, Prezidentimiz İlham Əliyevin yanında güclü xanım dayanıb. Dəfələrlə yarışlarda olanda mənə deyiblər ki, sizin ölkənin Birinci xanımı Mehriban Əliyeva çox güclü və gözəl xanımdır. Bu gün Mehriban xanımın həyat yoldaşına, cənab Prezidentə dəstəyini bütün dünya görür. Yenə də görürük ki, güclü kişinin yanında güclü qadın var.

Şəhriyarın fikirlərinə gəlincə, o, çox gözəl sual verdi ki, “hansı sahədə qadınlar kişilərdən üstündür?” Yəni, şahmatda güclü bir qadın olub – Yudit Polqar. Başqa kimin adını çəkə bilərik? Çoxluq kişilərdir. Qadınlar var, amma üstünlük kişilərdədir.

Mən bir xanım olaraq 3 övlad böyüdürəm. Kişilərin işi isə tamam başqadır. Onlar bir istiqamətə tam köklənə bilirlər. İdeologiyalarını həyata keçirmək üçün diqqətlərini cəmləyən varlıqdırlar. Kişiləri bu zaman nə uşaqları, nə həyat yoldaşları narahat edə bilər. Amma qadın bir iş görəndə fikrini tam ona cəmləyə bilmir. Versə də, hər şeyi yenə düşünür. Uşağı düşünür, ailəni düşünür. Ana övladını unuda bilməz, məişət problemlərini unuda bilməz. Qadının fikri tam bir şeyə cəmlənə bilmir. Əvvəlcə bunu qəbul etmək lazımdır. Allah qadını başqa, kişini başqa cür yaradıb. Qadının beynində müxtəlif düşüncələr olur. Çünki onlar daha çox şey düşünür və istəyir, daha tez başa gəlməsi üçün çalışır. Kişilər isə işinə köklənir. Bu gün dünyada güclü qadınlar barmaqla sayılacaq qədərdir, kişilər isə daha çox və hətta qat-qat çoxdur. Məsələn, siz hansısa sahədə güclü qadın göstərə bilərsiniz, amma mütləq ondan daha güclü kişi var. Bu cür düşünürəm. Mənim fikrim qardaşımın sözlərini tamamlayar”.

Şahmatçımız qadınlarla bağlı həyata keçirdiyi layihələrdən də söz açıb: “Mən Azərbaycan Şahmat Federasiyasında Qadın və sosial komissiyanın sədri olaraq Saatlıda 4 rayonu əhaət edən xanımlar üçün yarış keçirdim. Bütün layihələrimdə xanımlara dəstək olmağa çalışıram. Mənim məqsədim ölkəmə xidmət etməkdir, Azərbaycan üçün əlimdən gələni etməyə çalışacağam. Məqsədim Azərbaycan xanımlarına dəstək olmaqdır. Onlar gələcəkdə yüksəksəviyyəli şahmatçı olmasalar da, bunu övladlarına öyrədə bilsinlər. Həmçinin intellektual səviyyələri yuxarı olsun. Gələcəkdə ana olarkən övladlarının təhsilində bu rol oynayacaq. Bizə intellektual, müdrik qadınlar lazımdır. Onsuz da Azərbaycan xalqı müdrik xalqdır. Uşaqlar son zamanlarda çox lazımsız işlərlə məşğul olurlar. Telefon, planşet və sosial şəbəkələr qızlarımızın həyatına yaxşı təsir göstərmir. İstəyirəm ki, daha yaxşı olsun, şahmatla maraqlansınlar, beyinləri inkişaf etsin. Şahmat beyin gimnastikasıdır və bu, gələcəyə təsir edir. Bir cəmiyyətin güclü olması üçün onların qadınları güclü olmalıdır. Vətənpərvər, təhsilli, savadlı xanımlarımız gələcəyimizdir”.

DİGƏR XƏBƏRLƏR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,…
Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Aktyor Ziya Ağanın səhhətində problem yaranıb. Proses.az olay-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Ziya bildirib…
Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib. Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.…
Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ – VİDEO

Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ –…

Sosial şəbəkələrdə bir müddət öncə musiqi sədaları ilə dəfn olunan gəncin görüntüsü yayılmışdı. Yol qəzasında vəfat edən gəncin son çəkildiyi…
Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb. Proses.az Publika.az-a istinadla xəbər verir…
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub,…
Sabah Azərbaycana QAR yağacaq

Sabah Azərbaycana QAR yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz…
Tanınmış idman ustası vəfat etdi

Tanınmış idman ustası vəfat etdi

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib. Proses.az report-a istinadən xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını…
259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbə uşaqlarını birinci sinfə qoyan valideynlərlə direktorun arasında elə ilk gündən narazılıq yaranıb. Səhifəmizə verilən məlumata görə direktor…
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyədə keçirilən “Miss Turkey 2024” yarışmasının qalibi İdil Bilgen haqqında yazılan mənfi rəylərdən danışıb. Proses.az baku.ws-ə istinadən bildirir ki, model…
Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Bakının məşhur məkanlarından birində konsert proqramı ilə çıxış edən Yusuf Güneyin onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan azərbaycanlı qıza verdiyi…
Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Əməkdar artist Nailə İslamzadə nəvəsi ilə bağlı paylaşım edib. Proses.az olay-a istinadən bildirir ki, o, iki yaşı tamam olan Sofianın…
Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.…
Ərdoğan onları vəzifəsindən azad etdi

Ərdoğan onları vəzifəsindən azad etdi

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam…
“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün…