- 22.05.2024 14:30
“Şapalaqların sayı azaldığı üçün yolumuzu azırıq” – VİDEO
Xalq artisti Şeyx Əbdül Mahmudov açıqlaması ilə müzakirələrə səbəb olub.
Proses.az axşam.az-a istinadən xəbər verir ki, rejissor “Gəl, danış” proqramında qonaq olub. Qızı evdən qaçan ata verilişə müraciət edərək yardım istəyib. Qızın atası ilə görüşmədiyini eşidən Mahmudov bunları deyib:
“Köhnə kişi olduğum üçün deyirəm ki, şapalaq mütləq lazımdır. Əlavə olaraq deyirəm ki, müəllim şapalağı da lazımdır. Bu şapalaqların sayı azaldığı üçün yolumuzu azırıq”.