- 22.05.2024 15:39
“Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir”
“Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətən naminə Tavuş” hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın bütün addımlarını şəxsən izləyir”.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
“Paşinyan saatlarla kompüter arxasında əyləşir və yaxud telefonla canlı yayımları izləyir, Qalstanyanın açıqlamalarını, şərhlərini dinləyir”, – deyə qəzet yazıb.
Bildirilir ki, Paşinyan Qalstanyanın açıqlamalarını dinlədikdən sonra bunlara necə reaksiya verməklə bağlı hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinə göstərişlər verir.
Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.