• 22.05.2024 16:51

Saatlı əməkhaqqı ilə bağlı XƏBƏR – Oktyabrın 1-dək…

Saatlı əməkhaqqı ilə bağlı XƏBƏR – Oktyabrın 1-dək…

Son günlər ölkədə aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi, həmçinin minimum əməkhaqqının artırılacağı ilə əlaqadər müzakirələr getməkdədir. Hər iki məsələ ilə bağlı xəbər Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planına istinadən yayılıb. 

Bəs bu tədbirlərin mahiyyəti nədir və yaxın müddətdə əməkhaqlarında artım mümkündürmü?

Əvvəlcə ondan başlayaq ki, adıçəkilən Fəaliyyət Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ilin oktyabr ayının 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflərini hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Nazirlik, eyni zamanda, noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini də təqdim etməlidir.

Aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ölkənin beynəlxalq reytinqlərdəki mövqeyindən irəli gəlir. Belə ki, İqtisadi Azadlıq İndeksinin Əməyin azadlığı indikatoru 9 kəmiyyət alt faktoru əsasında hesablanır ki, bunlardan biri də minimum əməkhaqqıdır. Bu baxımdan aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi onun hesablanma metodologiyasına dəyişikliyi nəzərdə tutur.

Minimum əməkhaqqı ölkə başçısının müvafiq sərəncamı ilə artırılır. Minimum əməkhaqqının nə qədər artırılacağına gəlincə, sonuncu dəfə ötən ilin əvvəlində minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb. Bunu 2022-ci ildəki 13,9 faizlik inflyasiyaya cavab tədbiri kimi də qiymətləndirmək olar. Hərçənd ki, 2023-cü ilin sonuna inflyasiya 8,8 faiz olsa da, cari ildə minimum əməkhaqqı göstəricisi dəyişməyib. Bu baxımdan minimum əməkhaqqının artırılması ilə bağlı sözügedən təkliflərin 2025-cü ildə artımla nəticələnəcəyini gözləyənlər az deyil.

Lakin o da məlumdur ki, hazırda rəsmi statistikaya görə, inflyasiya minimuma enib, hətta aprel ayında illik göstərici 0 faiz təşkil edib. Həmçinin əvvəlki illərin göstəriciləri onu deməyə əsas verir ki, minimum əməkhaqqının artması dövlət sektorunda çalışan hər iki nəfərdən birinin maaşının məbləğinə təsir edir. Bu da artım üçün kifayət qədər vəsaitin tələb olunmasından xəbər verir.

Ümumilikdə isə minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Yəni, işçiyə minimum əməkhaqqı məbləğindən aşağı məvacib verilə bilməz. Burada söhbət ixtisassız əmək və xidmətə görə əməkhaqqından gedir. İxtisaslı əməyə görə, yəni mütəxəssis üçün isə minimum əməkhaqqı müəyyənləşdirmək olmaz.

Minimum əməkhaqqının artırılması ən əsası Vahid Tarif Cədvəlinə (VTC) uyğun əməkhaqqı alanların məvaciblərinin artması deməkdir. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı, balıqartırma sahələrində çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilər də bu sıraya aiddir.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsi 19 dərəcə əsasında aparılır. Ən aşağı əməkhaqqı 1-ci dərəcə olmaqla minimum əməkhaqqıdır. Ən yüksək əməkhaqqı isə 19-cu dərəcə üzrə ödənilməklə 1125 manatdır.

Minimum əməkhaqqının artması muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir üzrə məcburi dövlət sosial sığorta haqlarına da təsir edir. Belə ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum əməkhaqqına uyğun ödənilir. Məsələn, paytaxtda sahibkarlıq fəaliyyəti üzrə bu göstərici minimum əməkhaqqının 50 faizi,  digər sahələrdə isə 25 faizidir. Nəticədə minimum əməkhaqqının artması bu sahədə dövlət sosial sığorta haqlarının da artacağı deməkdir. /Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,…
Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Aktyor Ziya Ağanın səhhətində problem yaranıb. Proses.az olay-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Ziya bildirib…
Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib. Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.…
Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ – VİDEO

Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ –…

Sosial şəbəkələrdə bir müddət öncə musiqi sədaları ilə dəfn olunan gəncin görüntüsü yayılmışdı. Yol qəzasında vəfat edən gəncin son çəkildiyi…
Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb. Proses.az Publika.az-a istinadla xəbər verir…
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub,…
Sabah Azərbaycana QAR yağacaq

Sabah Azərbaycana QAR yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz…
Tanınmış idman ustası vəfat etdi

Tanınmış idman ustası vəfat etdi

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib. Proses.az report-a istinadən xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını…
259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbə uşaqlarını birinci sinfə qoyan valideynlərlə direktorun arasında elə ilk gündən narazılıq yaranıb. Səhifəmizə verilən məlumata görə direktor…
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyədə keçirilən “Miss Turkey 2024” yarışmasının qalibi İdil Bilgen haqqında yazılan mənfi rəylərdən danışıb. Proses.az baku.ws-ə istinadən bildirir ki, model…
Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Bakının məşhur məkanlarından birində konsert proqramı ilə çıxış edən Yusuf Güneyin onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan azərbaycanlı qıza verdiyi…
Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Əməkdar artist Nailə İslamzadə nəvəsi ilə bağlı paylaşım edib. Proses.az olay-a istinadən bildirir ki, o, iki yaşı tamam olan Sofianın…
Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.…
Ərdoğan onları vəzifəsindən azad etdi

Ərdoğan onları vəzifəsindən azad etdi

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam…
“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün…