• 29.05.2024 12:01

“Gelandewagen” almağa cibimdə 12 manatla getmişdim”

“Gelandewagen” almağa cibimdə 12 manatla getmişdim”

“Mən bazarlarda “bişmişəm”, əziyyət çəkmişəm. Özümü dolandırmışam. Xasiyyətim budur ki, istəmişəm hər zaman cibimdə pulum olsun. Özüm üçün işləmişəm. Geyimimi özüm almışam. Atamın kasıb vaxtını hiss etmişəm. Atalar övladlarına kasıb və ya varlı olduğunu heç zaman bildirmirlər. Uşaqlıqdan çalışırdım ki, valideynlərimə yük olmayım”.

Proses.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri meyxanaçı Baləli Rzayev qonaq olduğu “Qapqara” verilişində deyib.

Meyxanaçı ailədə ərköyün böyüdüyünü, lakin elə olmadığını bildirib:

“Nənəm həyat yoldaşının adını mənə qoyub. O məni uşaqlıqdan ərköyün böyüdüb. Amma mən o ərköyünlüyə getmədim. Mən ərköyün deyiləm. Özümü əziyyətə hər zaman öyrətmişəm. Bilirəm ki, həyatda heç nə asanlıqla qazanılmır”.

“Ayaqqabı satışı sənə nə öyrətdi?” sualına söz xiridarının cavabı belə olub:

“Ayaqqabı satmaq mənə bəzən doğru, bəzən isə yalan danışmağı öyrətdi. Bəzən yalan doğru, doğru isə yalan qatmağı öyrətdi. Bir sözlə, mənə alverçiliyi öyrətdi. Uşaqlıqdan ayaqqabı sataraq çox sayda insanlarla ünsiyyət qurdum. Mən bildim ki, insanlara nə lazımdır. Anlayıram ki, sırf meyxanaya köklənərək nələrsə etmək olmaz. Çünki meyxananın özünün belə “şkalası” var. Yəni meyxana bir yerə qədərdir. Bundan qırağa çıxarmaq üçün nələrsə əlav etmək lazımdır. Mən meyxananı daha da zirvələrdə görürəm. Mənim üçün meyxana tək çadırlarda deyil”.

Baləli avtomobil almaq üçün maşın bazarına cibində 12 manatla getdiyini açıqlayıb:

“Sonuncu dəfə avtomobil almağa gedəndə cibimdə 12 manat pul vardı. Mən müəyyən qəza keçirmişdim. Dostlarım o qədər məni səmimi qəbul edirlər ki… Həyatda puldan çox yaxşı dostlar qazanmışam. Bilirəm ki, onlar məni darda qoymayacaqlar. Onları da darda qoymayan Allahdır. Allah onları mənə vasitə kimi göndərib. Cibimdə 12 manat pulum vardı və avtomobilimi aşırmışdım. Həmin gündən 3-4 gün keçmişdi, özümə gəlmişdim. Fikirləşirdim ki, dost, düşmən var. Mənə deyirdilər ki, sən kasıb uşaqsan, neynirsən bu “Gelandewagen”i? Axı, “Gelandewagen” tək varlılar üçün düzəlməyib ki… Pulun varsa, istəyirsən sən də al. Bu, zövq məsələsidir. Mən bu avtomobilin xəstəsiyəm. Həvəsim olan şeyə də əlimdən gələni edirəm ki, o mənim olsun. Bu mənim həyat prinsipimdir. Dostuma deyirəm ki, mənim dostlarım da var, düşmənlərim də. Məni düşmənlərimin yanında xar etmə. O pulla da dostumun köməyi ilə “Gelandewagen”i alıb çıxmışam”.

DİGƏR XƏBƏRLƏR

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…
İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Proses.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. İş və istirahət günlərinin ardıcıllığını…
İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

Qarabağ Universitetində yeni təyinat olub. Proses.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov müvafiq…
Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Rəsmilər nə təkzib, nə təsdiq edir; təhlükəsizlik eksperti: “Müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar doğrudur, amma…” COVİD-19 pandemiyası ilə əlaqədar…