- 11.06.2024 12:17
İtkin düşən hərbi qulluqçumuzun nəşi tapıldı – RƏSMİ
İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi tapılıb.
Proses.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Axar.az saytı ötən gün məlumat yayaraq əsgərimizin Ermənistan tərəfinə keçdiyini iddia edirdi.