• 11.06.2024 12:20

İş otağında güllələnən icra başçısının qızı: “Sonuncu dəfə…”

İş otağında güllələnən icra başçısının qızı: “Sonuncu dəfə…”

“Helikopter binamızın üzərində fırlananda artıq bilirdik ki, atamız getməlidir. O, itburnu mürəbbəsini çox sevirdi. Son görüşümüz də itburnu mürəbbəsi ilə çay içərkən oldu. Hətta sağollaşdı mənimlə. Atama çox bağlı olmuşam (ağlayır). Sonuncu dəfə dedi ki, gələcəyəm, tezliklə gələcəyəm. Və o, mürəbbə qabını stəkanın üzərinə qoyub, getdi…”

Proses.az muallim.edu.az-a istinadla bildirir ki, bu sözləri Şuşanın sabiq icra başçısı, şəhid Mikayıl Gözəlovun qızı Şuşa şəhər 1 nömrəli məktəbin direktoru Səbinə Gözəlova deyir.

Söhbət onun Şuşadakı evində baş tutur.

Səbinə xanımın atası Mikayıl Gözəlov Azərbaycan Milli Ordusunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biridir. Şuşanın Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.

Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edib. Mikayıl Gözəlov 1991-ci ildə ermənilərin sui-qəsdi nəticəsində qətlə yetirilib:

“Biz hər zaman evimizdə Şuşa adı eşitmişik. Atamın da doğma Şuşamıza olan sevgisi onun canını Şuşa üçün fəda etməsinə gətirib çıxardı. O dövrlərdə atama digər rayonlardan təkliflər gəlib və o, Şuşamızı qoyub getməyib. Həmçinin ona deyiblər ki, övladlarınızı da Şuşadan çıxarmalısınız, vəziyyət çətinləşir. Atam bildirib ki, mən öz övladlarımı Şuşadan çıxararamsa, bəs əhali nə edəcək?! Ona görə övladlarım da burada qalacaq, özüm də. Və sona qədər biz mübarizəni davam etdirəcəyik”.

O, Şuşanın işğaldan azad olunma xəbərini belə alıb:

“Deməli, Bakıda iştirak etdiyim iclasdan Qəbələyə qayıdırdım, yolda polis vəsiqəmə baxıb Şuşalı olduğumu görəndə dedi ki, “Bilirsiniz Şuşa azad olunub?” Mən bir anlıq donub qaldım və düşündüm ki, polisdir, yəqin ki, düz deyər. Amma yenə də əmin olmaq üçün prezidentin çıxışını gözlədim. Atamın Şuşa sevgisi məni bura daha çox bağladı. Düşünürəm ki, insandakı vətənpərvərlik hissi, torpağa bağlılıq onu gətirib öz torpağına çıxarır. Budur, illər ötüb və biz yenidən qayıtmışıq”.

8 dekabr 2023-cü ildə Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub:

“Şuşa şəhər 1 nömrəli tam orta məktəbə təyinat aldığımda sadəcə bunu deyə bildim: Ruhun şad olsun, atam! İnşallah ki, sənin yolunu Şuşada davam etdirəcəyəm (ağlayır). Çox sevinirəm ki, gözəl, müasir şəkildə inşa edilmiş Şuşa şəhər 1 nömrəli tam orta məktəb ən gözəl akademikləri, elm xadimlərini yetişdirib. Və bu amal uğrunda biz və müəllim kollektivimiz də daim çalışacağıq”.

DİGƏR XƏBƏRLƏR

“Bu nazirliyin bizə xeyri nədir?” – Nura Suridən sərt açıqlama

“Bu nazirliyin bizə xeyri nədir?” – Nura Suridən sərt…

“İllərdir mövcud olan problemi neçə vaxtdır xanəndə Almaxanım və Vüqar Əhməd işıqlandırır. Onlara qoşulub, yaşadıqları haqsızlığa göz yummayan xanəndə və…
Polşada ölən tələbə vəzifəli şəxsin oğlu imiş – FOTO

Polşada ölən tələbə vəzifəli şəxsin oğlu imiş – FOTO

Polşada qəfil vəfat edən tələbə Xəzər Cabbarlının nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi məlum deyil. Proses.az xəbər verir ki, bu barədə…
Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu – Həbs edilənlər var

Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu – Həbs…

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib. Proses.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki,…
Pənahəli xanın ocağından görüntülər – VİDEO

Pənahəli xanın ocağından görüntülər – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib. Proses.az xəbər verir…
Xuramanın oğlu xəstələndi, özünə yer tapmır: “Qorxuram ki, birdən…”

Xuramanın oğlu xəstələndi, özünə yer tapmır: “Qorxuram ki, birdən…”

Aktrisa Xuraman Əlizadənin oğlu Əlinin səhhəti pisləşib. Sosial şəbəkə hesabında açdığı canlı yayımda o ağlayaraq bildirib ki, uşaq məktəbdə xəstələnib:…
Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı…

Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı…

Aparıcı Rövşanə Ağasəfqızı paylaşımı ilə diqqəti özünə çəkib. O, ad çəkmədən səmimiyyətsiz insanlara söz atıb: “Var səmimi, var səmimi görünmək.…
Elgiz Polşada həyatının şokunu yaşadı – VİDEO

Elgiz Polşada həyatının şokunu yaşadı – VİDEO

Elgiz Əkbər həyatının şokunu yaşayıb. Tətilini Avropada keçirmiş aparıcı borş yemək istəyib. Varşavada olan aparıcıya polşasayağı borş gətirib. Borşun içində…
“Bir valideyn kimi yalvarıram, kömək edin”

“Bir valideyn kimi yalvarıram, kömək edin”

“Xahiş edirəm, bir valideyin kimi yalvarıram, bu uşağa və o 3 saylı uşaq evində olan uşaqlara kömək edin. Bu uşağın ağrısını, iç…
Cavanşir Məmmədovun nəvəsi özünə ev aldı

Cavanşir Məmmədovun nəvəsi özünə ev aldı

Mərhum Əməkdar artist Cavanşir Məmmədovun bloger nəvəsi Rəfiqə paylaşımı ilə diqqət çəkib. Proses.az baku.ws-ə istinadən bildirir ki, o özünə şəxsi…
Əlləriniz sizə qaraciyərinizin sağlamlığından xəbər verir

Əlləriniz sizə qaraciyərinizin sağlamlığından xəbər verir

Piylənmə kimi tanınan qaraciyər yağlanması xəstəliyini sadəcə əllərinizə diqqətlə baxmaqla aşkar etmək olar.  Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hepatoloq…
Yüksək vəzifəyə təyin olunan 3 gənc kimdir?

Yüksək vəzifəyə təyin olunan 3 gənc kimdir?

Cari ildə kolleclərdə aparılan monitorinqlərin nəticəsi olaraq kadr islahatları davam etdirilir. İndiyə qədər bir neçə müəssisənin rəhbərliyi dəyişdirilib və bu…
“İstisu” müalicəvidir, yoxsa süfrə suyu? – Ekspertdən XƏBƏRDARLIQ

“İstisu” müalicəvidir, yoxsa süfrə suyu? – Ekspertdən XƏBƏRDARLIQ

“İstisu” mineral sulardan hesab olunur. Tərkibindəki kimyəvi maddələrin, eləcə də mineralların çox olması onu təbii süfrə suyundan fərqləndirir. Təbii süfrə…
Nazir xanım polkovniki buna görə işdən çıxardı

Nazir xanım polkovniki buna görə işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mühasibat Uçotu İdarəsinin rəisi vəzifəsindən azad edilib. Proses.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə…
Bu bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı

Bu bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı

Paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlı döyülüb. Proses.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonundakı 290 saylı bağçada…
Pərviz Bülbülənin oğlunun toyuna ən çox bu məşhur pul yazdırıb – FOTO

Pərviz Bülbülənin oğlunun toyuna ən çox bu məşhur pul…

Sentyabrın 11-də meyxanaçı Pərviz Bülbülənin oğlu İsmayıl üçün etdiyi 1000 nəfərlik toyun səsi-sədası hələ də səngimək bilmir. Proses.az bildirir ki, titul.az-ın əldə…