- 13.06.2024 17:04
Ana qızı ilə videosuna görə məsuliyyətə cəlb edildi
Sosial şəbəkələrdə qadının azyaşlı ilə qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub və o, saxlanılıb. Görüntülərdə əks olunan qadının 56, azyaşlının isə 8 yaşı var. Məlum olub ki, azyaşlı qadının övladıdır.
Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam etdirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, sözügedən video evin hamam otağında lentə alınıb. Görüntülərdə paltarsız şəkildə kameranın qarşısında oynadılan azyaşlı qızın arxasında anasını da görmək mümkündür.