• 20.06.2024 11:00

SON DƏQİQƏ! DTX-dən ƏMƏLİYYAT – Bu şəxslər İFŞA EDİLDİ

SON DƏQİQƏ! DTX-dən ƏMƏLİYYAT – Bu şəxslər İFŞA EDİLDİ

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.

Bu barədə Proses.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, kibercinayət yolu ilə Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları – “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.

Məlumatda bildirilir ki, cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb.

“Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülən vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilən investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib”, – məlumatda deyilir.

Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirən beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak edən Azərbaycan vətəndaşları – 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

“Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” – Həmkarını biabır etdi

“Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!”…

Efirdə davalar və qalmaqallar daim olur. Elə bir neçə gün bundan əvvəl tanınmış müğənni Əli Mirəliyev və Elşad Qarayev arasında…
Ölkəmizi Misirdə o təmsil edəcək – Video

Ölkəmizi Misirdə o təmsil edəcək – Video

Əməkdar artist Naina İbrahimova Misirdə keçiriləcək “Beauty queen of the universe” beynəlxalq gözəllik yarışında Azərbaycanı təmsil edəcək. “Qafqazinfo” xəbər verir ki,…
Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)

Xan Şuşinskinin nəvəsinin toyu oldu (VİDEO)

Azərbaycanın görkəmli xanəndəsi Xan Şuşinskinin ailəsində xoş gün olub. OLAY-ın əldə etdiyi məlumata görə, mərhum Xalq artistinin nəvəsi ailə qurub.…
Razi ərindən boşanır – “Çoxu deyir ki, uşağın atası kimdir?”

Razi ərindən boşanır – “Çoxu deyir ki, uşağın atası…

Model Razi Əliyeva həyat yoldaşı Nicat Əliyevlə boşanma ərəfəsindədir. Musavat.com olay-a istinadla yazır ki, bu barədə Nicat Nail Naiboğlunun “Qırmızı” layihəsində…
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır

Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır

Bakıda 57 sayda marşrutun xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir, 15 marşrut xəttinin fəaliyyəti dayandırılır. Proses.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat…
Prezidentin köməkçisi AÇIQLADI: COP29 gec bitə bilər

Prezidentin köməkçisi AÇIQLADI: COP29 gec bitə bilər

COP29-la bağlı hazırlıq işləri 100 faiz tamamlanıb. Bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdə məlumat verib. Onun…
Məşhur aktrisa BOŞANIR: “Xoşbəxt deyiləm, hər şey pul imiş…” -FOTO

Məşhur aktrisa BOŞANIR: “Xoşbəxt deyiləm, hər şey pul imiş…”…

Türkiyəli model və aktrisa Ebru Şallı boşanır. Proses.az Sfera.az-a istinadən bildirir ki, bununla bağlı onun həyat yoldaşı Uğur Akkuş paylaşım…
Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil “SƏSİ BATDI” – Anbaan VİDEO

Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil “SƏSİ BATDI” –…

Aktrisa Sonaxanım Əliyeva da müğənniliyə başlayıb. Proses.az titul.az-a istinadən xəbər verir ki, məşhur aktrisa ifaçı kimi ilk təcrübələrindən birini keçdiyi…
Yol polisindən sürücülərə MÜRACİƏT: “Bu şəxslər sükan arxasında əyləşməsin!”

Yol polisindən sürücülərə MÜRACİƏT: “Bu şəxslər sükan arxasında əyləşməsin!”

“Hazırda Azərbaycanda mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur. Bu amillər də yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir…
Nostradamus 2024-cü il sonu üçün GÖRÜN nələr vəd edib…

Nostradamus 2024-cü il sonu üçün GÖRÜN nələr vəd edib…

Nostradamusun 2024-cü il üçün proqnozları, onun 1555-ci ildə yazdığı məşhur “Les Prophéties” (Peyğəmbərliklər) kitabında tapılan şeirlərə əsaslanır. Musavat.com xəbər verir…
Tramp robot itə vəzifə verdi – VİDEO

Tramp robot itə vəzifə verdi – VİDEO

Robot it ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahı ətrafında patrul xidmətinə başlayıb. Proses.az oxu.az-a istinadən xəbər…
“Özümü belə dəfn edib yaşamağı bacaran adamam” – FOTO

“Özümü belə dəfn edib yaşamağı bacaran adamam” – FOTO

“Anam həmişə deyirdi ki, həyatda başınıza nə gəlirsə, gəlsin dik durun. İt -qurd var, ay bala. O it-qurd kimdirsə (çox…
“O, anadangəlmə bombardirdir, Ronaldo kimi…”

“O, anadangəlmə bombardirdir, Ronaldo kimi…”

Venesuela Prezidenti Nikolas Maduro Kazanda keçirilən BRİCS sammiti ilə bağlı təəssüratını bölüşüb. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Rusiya…
Xamenei Pezeşkiana bunu qadağan etdi – Təcili

Xamenei Pezeşkiana bunu qadağan etdi – Təcili

Əvvəllər İran hökuməti ABŞ rejimi ilə danışıqlar aparmaq niyyətində idi, indi isə Tramp administrasiyası ilə heç vaxt danışıqlar olmayacaq. Ona…
2025-ci ildə sağollaşacağımız avtomobil markaları – SİYAHI

2025-ci ildə sağollaşacağımız avtomobil markaları – SİYAHI

2025-ci ildə bəzi məşhur avtomobil markalarının seriyalı istehsalının dayandırılacağı proqnoz edilir. Proses.az Axar.az-a istinadən xəbər verir ki, istehsalı dayandırılacaq modelllər…