- 27.06.2024 08:55
4 ölkə Rusiya və Belarusla sərhəddə müdafiə sistemi QURUR
Polşa, Litva, Latviya və Estoniya Rusiya və Belarusla sərhəddə 700 kilometrlik müdafiə sistemi qurmağı planlaşdırır.
Layihə 2,67 milyard dollara başa gələcək.
Artıq Avropa İttifaqının prezidentinə maliyyə tələbi ilə bağlı məktub göndərilib.
Dörd ölkənin lideri hesab edir ki, maliyyələşməni bütün Aİ üzvləri təşkil etməlidir. Məsələ iyunun 27-də Brüsseldə keçiriləcək sammitdə müzakirə olunacaq.//Musavat.com