- 28.06.2024 10:56
Gözlənilən maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ
İyunun 29-na keçən gecə planetdə maqnit qasırğası gözlənilir.
Proses.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Rentgen Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Geomaqnit qasırğasının gecə yarısı başlayacağı və səhərə yaxın bitəcəyi gözlənilir.
Maqnit qasırğasının gücünün ən aşağı G1 səviyyəsində olacağı qeyd olunub.