- 29.06.2024 10:17
TƏBİB-in Çağrı Mərkəzinə ən çox buna görə zəng edirlər
“TƏBİB-in Çağrı Mərkəzinə gündəlik daxil olan zənglərin sayı 700-800 arası olur”.
Proses.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə qurumun Çağrı xidməti şöbəsinin müdiri Firad Rəsulov məlumat verib.
“Əsasən müraciətlər müayinə və müalicələrin təşkili, əlillik məsələləri, tibbi xidmətin təşkili, köçürülmə, kadrlarla bağlı olur. Lakin fors-major hallarda Çağrı Mərkəzinə edilən günlük zənglərin sayında və müraciət mövzusunda fərqlilik də müşahidə edilir”, – deyə o bildirib.