- 05.07.2024 19:05
Haluk Levent xəstəxanaya yerləşdirildi
Türkiyəli müğənni Haluk Levent Antalyada verdiyi konsertdən sonra xəstəxanaya yerləşdirilib.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi döş qəfəsində ağrı və nəfəs darlığı olmasından şikayətlənib. Bundan sonra o, xəstəxanaya aparılıb.
Məlumata görə, hazırda xəstəxanada olan Haluk Leventin səhhəti yaxşıdır.