- 09.07.2024 13:36
Məktəb direktoru dənizdə batdı – 3 azyaşlı uşağı qaldı… – FOTO
Türkiyənin Şile rayonunda yerləşən Sofular çimərliyində faciəvi hadisə baş verib.
Proses.az titul.az-a istinadən xəbər verir ki, səhər saatlarında dostları ilə dənizə girən Memduh Alparslan Cıngıloğlu (49yaş) bir müddət sonra yoxa çıxdı.
Axtarış-xilasetmə tədbirlərindən sonra Cıngıloğlunun cansız bədəni 1.5 kilometr uzaqda tapılıb.
Qeyd edək ki, məktəb direktoru 3 uşaq atası idi.