• 09.07.2024 13:48

Ermənilər bu dəfə də “Qarabağ” mahnısını oğurladılar

Ermənilər bu dəfə də “Qarabağ” mahnısını oğurladılar

Azərbaycan bəstəkarı Bəhram Nəsirovun “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən “Sirun jan” adı altında mənimsənilərək ifa edilməsi və “Youtube”da yayılması araşdırılıb.

Proses.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentliyin ekspertləri xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğuna dərhal reaksiya veriblər:

“Onların təhlilinə əsasən müəyyən edilib ki, B.Nəsibovun “Qarabağ” əsəri muğamın çahargah ladında yazılıb və erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnı B.Nəsibovun “Qarabağ” əsəri ilə tam üst üstə düşür. Ermənilər isə mahnını özgəninkiləşdirməyə çalışırlar. Ekspertlər bir daha təsdiq edirlər ki, B.Nəsibovun “Qarabağ” əsərinin adı ermənilər tərəfindən “Sirun jan” adı ilə dəyişdirilərək təhrif edilib. Bildiririk ki, “Qarabağ” əsəri Bəhram Nəsibovun mətn və musiqi müəllifi olduğu və ilk dəfə Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmiş mahnıdır. “Qarabağ” adlı mahnı Azərbaycan bəstəkarı Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir. Musiqisi və sözləri Bəhram Nəsibova aid olan “Qarabağ” mahnısı 1972-ci ilin 2 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınmışdır və Azərbaycan musiqisi kimi tanınır”.

Qeyd olunub ki, bununla yanaşı, Bəhram Nəsibovun vərəsələri bəstəkarın bir çox mahnılarını, o cümlədən “Qarabağ” mahnısını 2004-cü il 21 iyul tarixində Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Müəllif Hüquqları Agentliyi adlanırdı) qeydiyyatdan keçirmiş və onlara əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilib:

“”Qarabağ” adlı mahnı 2009-ci ildə TRT-nin təşəbbüsü ilə “Türk Dünyasında Savaşların Müzikteki İzleri” adlı alboma daxil edilmişdir. Albomdakı mahnını Ali Haydar Gül ifa edib. Bütün arxiv sənədləri “Qarabağ” mahnısının Azərbaycan müəlliflinə məxsus olduğunu göstərir. Aygün Bəylər ,Aygün Kazımova, Könül Xasıyeva, Brilliant Dadaşova , Mənsum İbrahimov və s. məşhur ifaçılar teleziya və radiolarda, xarici ölkələrdə qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa edib”.

Məlumatda qeyd edilib ki, erməni əsilli ifaçı Gor Yepremyan isə Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” mahnısını mənimsəyərək onun sözlərini dəyişib və “Sirun jan” adı ilə oxuyub:

“Youtube kanalında yerləşdirilmiş “Sirun jan” adlı musiqi əsəri haqqında verilən məlumatda Bəhram Nəsibovun adı göstərilməməklə müəllifin şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Bəhram Nəsibovun əmlak hüquqları pozulub. Bu hal eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin pozulmasıdır. Belə ki, bu Təşkilatın məqsədi “dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir”. Həmçinin Azərbaycan və Ermənistanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir”.

“Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır”, – deyə məlumatd qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların…
Leysan Məmmədova vəzifə verildi

Leysan Məmmədova vəzifə verildi

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib. Proses.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Məmmədov Leysan Novruz…
Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur. Proses.az xəbər verir ki, bunu Report-a “Konstitusiya Araşdırmaları…
İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb. Bu barədə “Report”a aktrisanın qızı Nigar Tofiq məlumat verib. Onun…
“Roşka” yenidən həbs olundu

“Roşka” yenidən həbs olundu

O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi…
Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib. Proses.az-a bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Xatırladaq ki,…
Erməni jurnalistin bu sualı Zaxarovan özündən çıxardı

Erməni jurnalistin bu sualı Zaxarovan özündən çıxardı

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına emosional reaksiya verib. Trend rus KİV-lərinə istinadən xəbər…
Həmin partlayışda ölən şəxsin qardaşı hadisədən DANIŞDI – VİDEO

Həmin partlayışda ölən şəxsin qardaşı hadisədən DANIŞDI – VİDEO

Mənə birdən xəbər gəldi ki, qardaşımgilin evində partlayış olub. Proses.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağcabədidə baş…
“Əlimlə qəbirə qoymağımı özümə bağışlaya bilmirəm” – VİDEO

“Əlimlə qəbirə qoymağımı özümə bağışlaya bilmirəm” – VİDEO

Müğənni Əlikram Bayramov “Rəngarəng”in qonağı olub. Sənətçi anasına yada salaraq göz yaşları töküb. Bayramov dünyasını dəyişən anasının onu son anda…
İrəvan meriyasında gərgin anlar – Deputatlar əlbəyaxa oldu – VİDEO

İrəvan meriyasında gərgin anlar – Deputatlar əlbəyaxa oldu –…

İrəvan meriyasında əlbəyaxa dava baş verib Ermənistanın paytaxtında İrəvan Ağsaqqallar Şurasının iclası gərgin anlar yaşanıb. Nəqliyyat tariflərinin müzakirəsi zamanı deputatlar arasında…
Ağcabədidə qumbara partlayan evdən VİDEO

Ağcabədidə qumbara partlayan evdən VİDEO

Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Proses.az Trend-ə istinadən xəbər verir ki, baş verən parlayış…
“Nikosayağı”dan gözlənilməz addım: “İnstaqram”da paylaşım etdi – FOTO

“Nikosayağı”dan gözlənilməz addım: “İnstaqram”da paylaşım etdi – FOTO

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin instaqram hesabında uzun müddət sonra status paylaşılıb. Statusda bundan sonra səhifəni qardaşı Nihat…
Xoşxassəli beyin şişlərinin əməliyyatı pulsuzdur – AÇIQLAMA

Xoşxassəli beyin şişlərinin əməliyyatı pulsuzdur – AÇIQLAMA

Beyin şişləri beyindəki toxuma, sinir, qişa və damarlardan, eləcə də beynin endokrin və limfatik strukturlarından inkişaf edən yenitörəmələrdir. Bu şişlər…
Həyat yoldaşı Niyazi Mehdidən danışdı – Ayağı kəsilə bilər

Həyat yoldaşı Niyazi Mehdidən danışdı – Ayağı kəsilə bilər

Xəbər verdiyimiz kimi, tanınmış filosof-kulturoloq Niyazi Mehdi Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Proses.az xəbər verir ki, Dilarə Mehdi Teleqraf.com-a…
Bir qrup gəncə Prezident mükafatı verilib – SƏRƏNCAM

Bir qrup gəncə Prezident mükafatı verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Proses.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama…