• 10.07.2024 13:44

Şəhid xanımının qətlinin pərdəarxası

Şəhid xanımının qətlinin pərdəarxası

Xızı rayonunda 1984-cü il təvəllüdlü Taleh Qurbanov şəhid qardaşı Saleh Qurbanovun həyat yoldaşı Ləmanı boğaraq öldürməsi faktı üzrə məhkəmə prosesi keçirilib.

Proses.az bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, Taleh 13 may 2023-cü ildə saat 13 radələrində Giləzi qəsəbəsində olan Zöhrab adlı şəxsə məxsus kafedə spirtli içki qəbul etdikdən sonra özünün yaşadığı evə gəlib.

Saat 17 radələrində o, şəhid qardaşı Saleh Qurbanovun arvadı Ləmanın həmin qəsəbədə Cabir Novruz küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində atasına məxsus mənzilə gəldiyini eşidib, onunla ailələri arasında olan söz-söhbəti yekunlaşdırmaq üçün həmin mənzilə gəlib.

Orada şəhid qardaşının əşyaları saxlanan otaqda Ləmanla təklikdə söhbət edib. O, Ləmanın öz ata evinə qayıdacağı, hazırkı evdə yaşamaq istəmədiyi və digər sözlərindən sonra yaranmış mübahisə zamanı onu öldürmək məqsədilə son dəfə sağollaşmaq adı ilə ayaq üstə qalxmasını istəyib.

Ləman oturduğu divandan qalxdıqda Taleh sol əli ilə onun boğazından tutaraq sıxıb. Boğmağa gücü çatmadıqda qolunun dirsək hissəsini qadının boğazına keçirib və yenə də möhkəm sıxıb. Ləman aldığı xəsarətdən vəfat edib.

İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.

“Ləman “məni bu evə bağlayan heç nə yoxdur, mən burada qalmaq istəmirəm”, – deyərək uşağı da özü ilə aparmaq istəyib.

Hər dəfə atamgilə gedəndə valideynlərimi gözüyaşlı görürdüm. Onlar Salehin uşağı ilə nəfəs alırdılar. Qardaşım şəhid olduqdan sonra hər dəfə işdən çıxanda ata evinə gedərək hal-əhvallarını soruşurdum. Orada çayımı içib qurtarana qədər Ləman hətta ayaqqabımı da təmizləyərdi. Ləman pis insan deyildi. Onu kimsə yolundan döndərdi. Kiminsə yanında Ləmanı öldürəcəyimi deməmişəm.

Hadisədən sonra tanıdığım polis işçisi Eyvaza zəng edərək xəta törətdiyimi, evdə gözlədiyimi bildirdim”.

Talehin ifadəsinə görə, qardaşının vəsiyyətini ata-anasına, gəlinə və kimi maraqlandırırsa, onlara deyib: “Hamımız evin tikilməyinə, birlikdə yaşamağımıza razı olduq. Sonradan nə baş verdiyini bilmirəm. Evi ata-anamın puluna tikəcəyimizi bildirmişik. Qardaşım mənə 1 otaqlı ev tikməyi tapşırmışdı. Amma çantasından başqa evin layihəsi çıxdı.

Öz evimin qabağında 4 otaqlı ev tikməyi planlamışdıq. Mən işləyirdim, əlavə işlər də görürdüm. Həmçinin atam sənətkar adamdır. Pulun hamısı Ləmanın özündə idi. 4 otaqlı evi bəyənmədi, atasının 1 otaqlı mənzilində yaşamaq istədi.

Hadisə zamanı anam da evdə idi. Ona gəlinlə təkbətək söhbət edəcəyimi dedim. Ev 4 otaqlı idi, biz qardaşımın şəkilləri olan otaqda oturmuşduq. Ləman bütün suallara yox cavabı verdi. Onu boğazından sıxdım, divanın üstünə yıxıldı. Əlimi boynuna keçirərək boğdum. Ləmanı öldürmək fikrim yox idi. Belə fikrim olsaydı, 30-40 dəqiqə söhbət etmək əvəzinə, evə girən kimi öldürərdim. Hadisə olandan sonra əlim boşaldı, nəfəs alıb-almadığına baxdım”.

Məhkəmə baxışında həm zərərçəkmiş Ləmanın hüquqi varisinin özü, həm də onun nümayəndəsi məhkəməyə vəsatətlə müraciət ediblər. Onlar cinayət işinin məhkəmədə baxılmasına xitam verilməsini və cinayət işini təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsindən ötrü, yəni Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş ediblər.

Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi vəsatətini onunla əsaslandırıblar ki, təqsirləndirilən şəxs Ləmanı xuliqanlıq niyyəti ilə öldürüb.

Həm ibtidai istintaq zamanı, həm də məhkəmədə təqsirləndirilən şəxs zərərçəkmişi nəyə görə öldürməsini izah edə bilməyib, lakin cinayət işinin materiallarından, səsyazılarında zərərçəkmiş şəxsi zorla yanında saxlamaq istəməsi onun hüquqlarının məhdudlaşdırılması kimi müəyyən edilir.

Məhkəmə vəsatəti təmin edib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilib. Təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.

Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinən şəxsin əməli məhkəmədə sübuta yetirilsə, həmin şəxsi 9 ildən 14 ilədək cəza gözləyir. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə mühakimə olunan şəxs 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

DİGƏR XƏBƏRLƏR

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Proses.az paylaşımı təqdim edir:
Noyabrda bu tarixlərdə iş olmayacaq

Noyabrda bu tarixlərdə iş olmayacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Proses.az APA-ya istinadla bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. İş və istirahət…
Vilayət Eyvazovdan həmin avtomobillərlə bağlı göstəriş

Vilayət Eyvazovdan həmin avtomobillərlə bağlı göstəriş

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda sürücü intizamının daha da yüksəldilməsinin vacib olduğunu bildirib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir…
“Ayrılmaq istəyirdi, qucaqlayıb bıçaqladım” – bu cəza verildi

“Ayrılmaq istəyirdi, qucaqlayıb bıçaqladım” – bu cəza verildi

Xətai rayonunda 22 yaşlı qadını küçədə bıçaqla öldürməkdə, rəfiqəsinə isə xəsarət yetirməkdə ittiham olunan Səbuhi Qürbətovun məhkəmə araşdırması başa çatıb. Proses.az…
Tanınmış aparıcının Azərbaycandan çıxışına qadağa qoyuldu

Tanınmış aparıcının Azərbaycandan çıxışına qadağa qoyuldu

Tanınmış araşdırmaçı-jurnalist İdris Heydərli məhkəməyə verilib. Proses.az lent.az-a istinadən bildirir ki, buna səbəb onun fərdi sahibkar kimi fonda olan borcları…
“Mənə maşın alanın anasını mələr qoyaram” – VİDEO

“Mənə maşın alanın anasını mələr qoyaram” – VİDEO

ATV kanalında yayımlanan “Həkimsən” verilişinin aparıcısı sosial şəbəkədə avtomobilində olan fotosunu paylaşıb. Proses.az sfera.az-a istinadən xəbər verir ki, məşhurun fotosuna…
Sabah qeyri-iş günüdür? – AÇIQLAMA

Sabah qeyri-iş günüdür? – AÇIQLAMA

Sabah – 18 oktyabr tarixində Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd ediləcək. Sosial mediada sabahkı günün qeyri-iş günü olub-olmaması ilə bağlı…
Əhaliyə xəbərdarlıq: oktyabrın 19-u… – DİQQƏT!

Əhaliyə xəbərdarlıq: oktyabrın 19-u… – DİQQƏT!

COP29 tədbirinə hazırlıq məqsədi ilə bəzi yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Proses.az AYNA və BDYPİ-nin birgə məlumatını təqdim edir: 2024-cü…
Bakıda gənc sevdiyinin qapısında öldürüldü: Qız isə anbaan lentə aldı – DETALLAR – VİDEO

Bakıda gənc sevdiyinin qapısında öldürüldü: Qız isə anbaan lentə…

Qaradağ rayonunun Lökbatan qəsəbəsində öldürülən 1998-ci il təvəllüdlü İlham Haqverdiyevlə bağlı bəzi detallar məlum olub. Proses.az oxu.az-a istinadən xəbər verir…
Komaya düşən vəzifəli şəxs vəfat etdi – FOTO

Komaya düşən vəzifəli şəxs vəfat etdi – FOTO

Naxçıvan Muxtar Respublikası 5 Saylı Babək-Naxçıvan-Culfa Dairə Seçki Komissiyasının sədri Əzim Əzimov vəfat edib. Proses.az qafqazinfo.az-a istinadən xəbər verir ki,…
Almaniyada azərbaycanlı tələbə itkin düşdü

Almaniyada azərbaycanlı tələbə itkin düşdü

Almaniyada yaşayan azərbaycanlı itkin düşüb. Proses.az xəbər verir ki, bu barədə lent.az-a həmin ölkədə yaşayan həmerlilərimiz məlumat veriblər. Məlumata görə,…
Türkiyəni gözəllik müsabiqəsində bu qız təmsil edəcək – FOTO

Türkiyəni gözəllik müsabiqəsində bu qız təmsil edəcək – FOTO

Ötən gün İstanbuldakı hotellərdən birində gözəllik müsabiqəsinin yekun nəticələri elan edilib. Milli.Az haberler-ə istinadla bildirir ki, Ayliz Duman “Miss Universe Türkiye…
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”

“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul…

“Yol hərəkəti təhlükəsizliyi komissiyasının son qərarlarından biri belə olmuşdu ki, Bakı şəhərinin ərazisində icazə verilən maksimum kütləsi 8 tondan yuxarı…
Paytaxtın bu ərazisindəki evlər söküləcək

Paytaxtın bu ərazisindəki evlər söküləcək

Son vaxtların ən mühüm problemlərindən biri də Bakının bəzi ərazilərindəki evlərin sökülməsidir. Əsasən də bu məsələ paytaxtın “Sovetski” və “kubinka”…
Bakıda 2 yaşlı uşaq qəfil öldü

Bakıda 2 yaşlı uşaq qəfil öldü

Bakıda azyaşlı qız qəfil vəfat edib. Proses.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.…