- 11.07.2024 15:08
Britaniyalı millət vəkili Qurana əl basaraq and içdi
Leyborist Partiyası siyahısından namizəd olan Nesil Çalışkan Böyük Britaniyada keçirilən parlament seçkiləri nəticəsində millət vəkili olub.
Yenisabah.az xəbər verir ki, o, Kiprin türk kəsimindəndir. Barkinq bölgəsindən seçilən Nesil Çalışkan 16 min 227 səs toplayıb.
O, andiçmə mərasimində öz inancına uyğun Müqəddəs Kitaba and içib.
Çalışkandan başqa Leyborist Partiyasından Şabana Mahmud və Naz Şah da Qurana əl basaraq and içiblər.